GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Aqil Abbas: “İyirmi yaşımda nə idimsə indi də oyam, heç nə dəyişməyib” (VİDEO)

Aqil Abbas: “İyirmi yaşımda nə idimsə indi də oyam, heç nə dəyişməyib” (VİDEO)

Tarix: 4-04-2015, 21:28 Bölmə :Ölkə Baxış: 0
Aqil Abbas: “İyirmi yaşımda nə idimsə indi də oyam, heç nə dəyişməyib” (VİDEO)

“Hər gələn yaş ömürdən bir il aparır və o tərəfə bir addım da yaxınlaşırsan.Hər gələn il də adama yenilik, fərqlilik gətirir. Bir sözlə, həyat yerində dura bilmir".

Bu sözləri hazırda 60 yaşını qeyd edən yazıçı, millət vəkili Aqil Abbas APA TV- nin “Üç dama” verilişində söyləyib:

“Ömürdən bir il də getdi deyib, oturub ağlamaq lazım deyil. Bir dəfə bir mahnının iki misrasını mənə sual kimi verdilər. “Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim”. Elə misranı eşidən kimi dedim mən ötən günləri zadı istəmirəm. Neynirəm ötən günü? Orda kirayədə qal, burda kirayədə qal, cibində pulun olmasın, indi mən Aqil Abbasam və gələcək yaxşıdır, ötən günü istəmirəm”.

Amma həmsöhbətimiz, gəncliyindən bu yana o qədər dəyişmədiyini də bildirib:

“İyirmi yaşımda nə idimsə indi də oyam. Heç nə dəyişməyib. Çılğınlığım da, dəliqanlılığım da, kobud söz deməyim də hər şey yerindədir. Dəyişə bilən adam deyiləm. Sadəcə yaş adama bir az müdriklik, bir az səbir gətirir. Aprelin birində doğulmuşam. Bu mənada bir az şanslıyam ki, o gün məni aldada bilməyiblər heç vaxt. Çünki mən bilmişəm ki, aprelin biridir və həmin gün mənim doğum günümdür”.

Aqil Abbas bir səhvə yol verəndə üzr istəməyi bacardığını söyləyib:

“Olub əsəbiləşmişəm, sonra dönüb üzr istəmişəm. İki - üç gün bundan əvvəl dostlarla domino oynayırdıq. Nə isə oldu, mən bir çılğınlıq elədim. Bilirəm ki, xətirlərinə dəydim. Sonra televiziyada bir verilişə dəvətli idim. Canlı yayımda o adamlardan üzr istədim. Səhvini anladığına görə üzr istəmək çox vacib bir şeydir. Bir dəfə də işdə əməkdaş verilən tapşırığı yerinə yetirməmişdi. Bərk əsəbiləşdim. Sonra anladım ki, bu qədər eləmək lazım deyildi. O üzdən durub gedim o əməkdaşın könlünü aldım. Dedim ki, mən sənə əsəbiləşmişdim. Əsəbiləşməkdə haqlı idim amma bir az artıq olduğuna görə üzrlü say. Yəni bunu bacarmaq insan üçün mühüm şərtdir”.

Qadınlardan söz düşəndə müsahibimiz bu barədə çox danışmaq orta məktəb müəlliməsini də xatırlayıb:

“Artıq o yaşım keçib. Amma qadın anadır, bacıdır, həyat yoldaşıdır, ümumi götürəndə müqəddəs bir varlıqdır. Orta məktəbdə oxuyanda bir müəlliməm vardı Leyla adında. Onun əlinin ətri hələ də burnumdadır. O ətrin həsrətini çəkirdim mən. İndi də o qoxu burnumdadır. Onu çox sevirdim. Gecə yuxuma girirdi. Allaha yalvarırdım ki, səhər tez açılsın o müəlliməni görüm. Mən üçüncü sinifdə oxuyanda köçdük Ağdama. Hər həftə sonu öz evimizə gətirirdi bizi atam. Qaçırdım məktəbə ki, bircə Leyla müəlliməni görüm, başıma bircə sığal da olsa çəksin. Onda sevgi filan qanan yaşım deyildi mənim. İndi anlayıram ki, ən saf sevgi elə o imiş. Sonra bir az böyüdük. Hərə kimisə sevirdi. Mənim də bəxtimə əyrəmçə bir qız düşmüşdü. Özü də Ağdamda bilirsinizmi necə idi? Sən kimisə sevirdinsə, o enli küçənin bir tərəfindəki səkidə gedirdi, sən də ondan əlli metr arxada, özü də səkinin bu biri tərəfində. Onda camaat deyirdi ki, filankəs filankəslə gəzir. Ağdamda hansısa qızın yaxınında durmaq olmazdı. Dədəsi, qardaşı, qohum-əqrabası adamı öldürərdi”.

Aqil Abbas söyləyib ki, bağışlanıb, bağışlanmamaq problemini yaşayacaq qəqədr böyük günahlar etməyib:

“Amma bir məsələ var indiyə qədər onu danışanda gözlərim dolur. Orta məktəbi bitirəndə medal ala bilməyim deyə bir fəndən mənə dörd qiymət yazıldı. Mən atamdan gizlətdim bunu. Dayıma dedim. Dayımla məktəb direktoruna nə qədər rüşvət verdik, xahiş elədik ki, lap heç medal da istəmirik, amma atestata dörd düşməsin. Əvvəl söz verdi, pulu də götürdü müəllim, sonra pulu qaytardı ki, mümkün deyil. Atestatlar kodlaşdırılıb və yazılı göndərilib. Mən cəmi bir fəndən dörd qiymət olan atestatımı atama gətirəndə o aldı baxdı və sənədi üzümə çırpıb dedi ki, mən elə bilirdim oğlum oxuyandı. O səhnə indiyə qədər gözümün qarşısından getmir. Atam məni bir dördə görə heç vaxt bağışlamadı. Təbrik də eləmədi. Mən atamı bir dördlə sındırmışdım. Amma ana ki, ana. Anam atamdan fərqli olaraq məni təbrik elədi. Bir qızıl saat bağışladı mənə. İndi də durur”.

Aqil Abbas bir il Ağsuda internat məktəbində işləyib:

"Orda imkansız ailələrlə yanaşı, imkanlı ailələrin də övladları gəlib oxuyurdu. İndi internat məktəblərinin bəziləri ilə bağlı elə hadisələr üzə çıxır ki, adam dəhşətə gəlir. Rayonlarda o məktəblərdə uşaqlara hər hansı cəza verə bilərdilərmi? Rayon camaatı onu ayağından asardı... Çörəyini yediyim rayonun - Ağdamın, Ağsunun, Ağcəbədinin haqqında pis nəyisə mətbuata çıxarmaram. Lap nə olur olsun. Qarşı tərəf haqlı olsa da çıxarmaram. Amma zəng vurub o işi yoluna qoymağa da çalışaram. Mənim çörəyini yediyim rayonlar qarşısında mənəvi borclarım var. Bu mənim yazılmamış qanunumdur”.

“İnsanlara qarşı paxıllıq hissim yoxdur" deyən Aqil Abbas adamlara yaxşı işlərinə görə minnətdarlıq eləməyi də bacardığını bildirib:

"Paxıllığım Arif Babayevə, Rəmişə, Möhlətə, Qədir Rüstəmovadır. Kaş onların elədiyinin birini mən də edə biləydim”.

Həmsöhbətimiz SSRİ dövründə “Sovet kəndi” qəzetində şöbə müdiri olduğu vaxtlardan da söz açıb:

"O vaxt yazılmamış qanunlar var idi. Bölgəyə səfərə gələn jurnalistə necə olur olsun pul verməli idilər. Bu yuxarıdan gələn göstəriş idi. Bizi az qala döyə-döyə pul verirdilər ki, Mərkəzi Komitədən göstəriş belədir. Çox adam bizim qazancımıza görə jurnalist oldu və onunla da jurnalistikanın zayı çıxdı. Quruluş belə idi hamı alırdı. Ona görə mən də alırdım. İndiki cəmiyyətin qanunları dəyişir. Əvvəl rüşvət verib işə girirdilər. İndi rüşvətlə yaxşı işçilər alırlar. Yəni daha yüksək pul verirlər ki, gəlib onunla işləsinlər”.

Aqil Abbas bildirib ki, vaxtı ilə gənc olanda onun da əlindən tutublar:

“Amma zaman da olub ki, mənim əsərim aylarla “Ulduz” jurnalinda çap olunmayıb. Ona görə əlimə imkan düşən kimi gənclərə kömək elədim. İstədim onlar irəli gedib nəsə edə bilsinlər. Sizə deyim ki, Azərbaycan jurnalistikasında, ədəbiyyatında, elmində və siyasətində çox yaxşı bir gənclik var. Və onlara yaxşı dəstək olmaq lazımdır ki, yetişsinlər. Gəncliyə kömək eləmək hamının borcudur. Bəzi adamlar özlərinə əmin olmadıqları üçün gəncliyin gəlməsindən qorxurlar. Qorxur ki, unudular. Amma məncə hərənin öz yeri var və kimsə mənim yerimi tuta bilirsə, günah onda yox məndədir...

Mən Məmməd Arazın kürəkəni yox, oğlu olmuşam. O nə məni, nə də öz övladlarını heç kimdən xahiş eləməyib. Amma başqalarına görə zəng də edib, ağız da açıb, iş də görüb. Bir də mənim alnımda Məmməd Araz etiketi var idisə bunu anlayan və nəsə eləmək istəyən adamlar onsuz da edirdilər. Məmməd Arazın onlara nəsə deməsinə ehtiyac yox idi. Məmməd Araz mənə yaşıl işıq olub. Ona ediləcək qayğıları mənə yönəldiblər. Xüsusən də Naxçıvanda. Hara getmişəmsə elə biliblər Məmməd Araz gəlir. Atamın da, Məmməd Arazın da özümün də adımı doğrultmuşam. Onlara ləkə gətirəcək iş görməmişəm”.

Aqil Abbas deyib ki, onun bir pis cəhəti var, bu da kinli olmamasıdır. "Kinim yoxdur. Mənə pislik edən adam da yanıma gələndə yaxşılıq eləyirəm. Buna görə xanımım da məni danlayır ki, niyə kininiz yoxdur?!”

Söhbətin sonunda Aqil Abbas xanımı, "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncaydan da danışıb:

"Deyim ki, əvvəllər İradənin işləməsinin əleyhinə olmuşam. Bir hekayə yazmışdı, dedim neynirsən, tulla getsin. Sonra filmlər işlədi, yazılar yazmağa başladı. Anladım ki, o məndən yaxşı yazır və daha çox mütaliəlidir. O üzdən qəzetdə səliqə sahman yaratmasını istədim ondan. Mənim işə götürdüyüm xeyli adamı işdən çıxardı. Onların aldığı maaşları o birilərinə verdi. Dedim neynirsən, dedi sən utanmırasan işçiyə elə maaş veririsən?! O maaşa sən işləyərsən?! Heç nə demədim. İndi işçilər onu məndən çox istəyir. Onunla yaşamaq çətin deyil. Lazım olan və bilmədiyimiz bütün şeyləri soruşuruq hərdən. Mütaliəsi çoxdur axı. Uşaqlar da mən də, zarafatla deyirik ki, cavab vermək üçün otuz saniyə zamanınız var. Deyim ki, o, bu zamana çox dəqiq uyğunlaşıb və cavab verir".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Aqil Abbas: “Mən dedim Ərdoğan üzr istəsin, dədəm-nənəm qalmadı...”

    Aqil Abbas: “Mən dedim Ərdoğan üzr istəsin, ...

    28-06-2016, 20:27

  • 
  • “Cavidlə bağlı müraciəti dəstəkləyirəm”- Aqil Abbas siyahıdan danışdı

    “Cavidlə bağlı müraciəti dəstəkləyirəm”- Aqil ...

    18-08-2015, 18:04

  • 
  • Aqil Abbasın səhhətində ciddi problem yaranıb - "Yeriyə, ayaqqabı geyinə bilmirəm"...

    Aqil Abbasın səhhətində ciddi problem yaranıb - ...

    14-01-2016, 21:30

  • 
  • “Hələ bu cür əxlaqsız dövr olmayıb” – Akif İslamzadə

    “Hələ bu cür əxlaqsız dövr olmayıb” – Akif ...

    11-08-2019, 21:00

  • 
  • Aqil Abbas: “Hansı telekanalı açırsansa, əxlaqsızlığı yayırlar”

    Aqil Abbas: “Hansı telekanalı açırsansa, ...

    7-12-2018, 15:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu