“Bu məsələlər məni artıq qətiyyən maraqlandırmır. Türkiyə Rusiyaya məxsus “Su-24” təyyarəsini vurarkən, mən bu iki dövlət arasında münasibətlərin düzəldilməsi üçün sözümü dedim. Ancaq mənim dədəm-nənəm qalmadı, Azərbaycanda məni söyməyən yalançı vətənşüvən qalmadı. Hətta mənə Rusiyanın agenti, vətən xaini belə dedilər”.
Bunu Teleqraf.com-a açıqlamasında yazıçı, millət vəkili Aqil Abbas Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinə göndərdiyi üzrxahlıq məktubu barədə danışarkən deyib.
Millət vəkili bildirib ki, artıq bu məsələlər onu ilgiləndirmir: “Rusiya bilər, Türkiyə bilər. Zəhmət çəkib öz işləri ilə məşğul olsunlar”.
Aqil Abbas son hadisələrin Azərbaycana təsiri haqda suala da cavab verib: “Azərbaycanın öz siyasəti var, özünün müdrik prezidenti var, özünün mənafeyi və marağı var. Məni Azərbaycanın mənafeyi maraqlandırır. Əlbəttə, Türkiyəni sevirəm, onun üçün canımı verərəm. Qırıcının vurulması isə daha çox Türkiyənin və Rusiyanın cumhurbaşqanı arasında olan işdir. Özləri bilər. Ancaq onu qeyd edə bilərəm ki, bu iki ölkə arasında münasibətlərdə yumşalma varsa, burada Azərbaycan prezidentinin rolu da var”.
Sorğu
Yeni dizaynımız necədir?