GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Kişi sözü vermişdik ki, mandatdan imtina edirik. Bir adam sözünün üstündə dayanmadı”

“Kişi sözü vermişdik ki, mandatdan imtina edirik. Bir adam sözünün üstündə dayanmadı”

Tarix: 7-04-2015, 21:53 Bölmə :Ölkə Baxış: 0
“Kişi sözü vermişdik ki, mandatdan imtina edirik. Bir adam sözünün üstündə dayanmadı”

"Bu gün Azərbaycan siyasi səhnəsində olan adamların böyük əksəriyyəti zaman olub ki, iki adam tapıb söz deməyə həsrət çəkiblər."

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat” qəzetinə müsahibə verib. O, müsahibəsində partiyanın keçiriləcək qurultayından, partiyadakı vəziyyətdən, həmçinin parlament seçkilərinə hazırlıqdan danışıb.

- KXCP sədri olaraq son zamanlar tez-tez bölgələrə səfərlər edirsiniz, müşavirə və görüşləriniz olur. Məqsəd nədir?

- Bu il KXCP-nin qurultayını keçirəcəyik. Qurultaya qədər də zona müşavirələri, ümumi yığıncaqlar keçiririk. Hər həftənin şənbə və bazar günləri bölgələrə səfərlər edirik və təşkilati işlərimizi görürük. İctimai-siyasi müzakirələrimizi aparırıq.

- Sədr seçkisi olacaqmı həmin qurultayda?

- Təbii ki, olacaq.

- Sizə alternativlər, rəqiblər varmı?

- Onu təşkilatdan soruşmaq lazımdır. Olacaqsa, mən buna sevinəcəm.

- Rəqiblərinizin sayı çox olsa, siz namizədliyinizi geri götürə bilərsinizmi?

- Yox, nəzərdə tutmuşam ki, bu dəfə iştirak edəcəm və yarışacam.

- Bəs KXCP parlament seçkisinə necə hazırlaşır? Bu il həm də Milli Məclisə seçkilər keçiriləcək...

- Biz artıq Klassik Xalq Cəbhəsi Partiyası olaraq öz müttəfiqlərimizlə - Demokratiya və İnsan Hüquqları Mərkəzi ilə bir yerdə seçki bloku təsis etmişik. Səkkiz partiya bir aradayıq. Hesab edirəm ki, 2015-ci il parlament seçkiləri ilə bağlı bu səkkiz partiyadan başqa hələ ki seçkiyə start verən və seçkidə təşkilatlanma ilə bağlı iş görən başqa bir qurum yoxdur ölkədə. MSK öz işi ilə məşğuldur, işini görür. Bölgə səfərlərimizdə də ikinci məsələ kimi parlament seçkiləri, orada iştirak, dairələrdən namizədin müəyyənləşdirilməsi kimi məsələlər müzakirə edilir.

- Milli Şura ilə KXCP-nin münasibətləri necədir? Partiyanın MŞ-dəki üzvlərinin və sədrin qurumu tərk edəcəyi bildirilsə də, bu, hələ baş verməyib.

- KXCP Milli Şurada üzv deyil, bizim üzvlərimiz orada üzvdür. Bu gün münasibətlər bizim üçün, ola bilsin, MŞ-nın özü üçün də əhəmiyyət kəsb edən məsələ deyil. Xeyli zaman öncə MŞ-nın bizim qərargahda keçirilən sessiyasında məsələyə münasibət bildirdik. MŞ-nin tərkibinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər oldu. O təkliflər zamanı belə qənaətə gəldik ki, MŞ-nın tərkibi kənar şəxslərlə genişləndirilsin. Amma təklif ediləndə bəlli oldu ki, genişləndirilmədə nəzərdə tutulan daha çox bir partiyanın üzvləridir.

- Hansı partiyanın?

- Orada olan məlum partiyanın... Və biz açıq sözümüzü dedik ki, əgər genişləndirilmə belə nəzərdə tutulubsa, sizin partiyada da yüzə qədər Ali Məclis üzvü var, bizim də partiyanın elə bu qədər Ali Məclis üzvü var. Elə gəlin, biz ümumi şəkildə Ali Məclis üzvlərinin hamısını oraya qəbul edək, olsun genişlənmə. Bununla məsələ həll olunmur. Həmin gün sessiyada bu məsələ gündəlikdən çıxarıldı. Sonradan da bu məsələyə münasibət bildirəndə elə qənaətə gəlindi ki, mən sessiyanı tərk etdim. Bu münasibət sonda da təkrarlandı və mənim Milli Şurada iştirakıma ehtiyac qalmadı. Bizim ki, orada təklifimiz keçmir, orada yeniləşmə yoxdur, biz orada nə səbəbdən olmalıyıq? Orada insanlar var ki, Azərbaycan üçün çox qiymətli insanlardır. Amma Milli Şura öz missiyasını bitirib. Bu, o demək deyil ki, həmin adamlar öz missiyasını bitirib. Bu qurum 2013-cü il prezident seçkilərində təsis olunub. Artıq prezident seçkiləri keçirilib qurtarıb. Bu il parlament seçkiləridir. Daha MŞ-də təmsil olunanlar fəaliyyətlərini necə quracaq, bu, onların öz işidir. Bizim artıq Milli Şuralıq işimiz qalmayıb.

- Ancaq bu yekun və konkret qərarınız hələ də gözlənilirdi, bunu deməmişdiniz. Bu səbəbdən MŞ-dən nə zaman çıxacağınız aktual idi. Çünki Milli Şuranın mitinqlərində lider olaraq təmsil olunmursunuz, iştirak etmirsiniz...

- İştirak edənlərin bəyəm nəsə bir söz demək imkanları varmı ki, iştirak etməyənlərdən ötrü belə narahatçılıq keçirənlər olsun? Xeyli müddətdir Azərbaycan siyasi səhnəsində məşhur tezis var, təşkilində iştirak etmədiyimiz tədbirdə iştirak etmirik. Onlar da nəzərdə tuturlar ki, mitinqə gələnlərdən kim əvvəlcədən orada olmayıbsa, təşkildə iştirakı, yoxsa vətəndaş kimi orada iştirak edə bilərlər.

- Bir müddət əvvəl Müsavat Partiyasının keçmiş və indiki sədri, həmçinin AXP sədri də Milli Şuranın mitinqində tribunaya dəvət edilməmişdilər. Siz də onlar kimi meydanda diqqətsiz qalacağınızdan çəkinirsiniz? Qorxursunuz ki, sizi tribunaya dəvət etməzlər?

- Heç vaxt. Heç vaxt mənim belə bir qorxum olmayıb. Qorxum bir Allahdandır. Qətiyyən narahat deyiləm. Nə üçün? Bu gün Azərbaycan siyasi səhnəsində olan adamların böyük əksəriyyəti zaman olub ki, iki adam tapıb söz deməyə həsrət çəkiblər. İndi orada, yüzlərlə, minlərlə adam var, biz niyə qorxuruq ki? Öz adamlarımızdır. Hər zaman da tribunada olmaq doğru deyil. Və yaxud başqaları qorxu keçirdir ki, belə bir adam gəlsə, tribuna əldən gedər. O qorxu ola bilsin kimdəsə var, amma məndə yoxdur.

- İddia var ki, narazılıq səbəbindən KXCP rəhbərliyi MŞ-nin mitinqinə üzvlərinin qatılmasına qarşıdır. Hətta təzyiqlər olur, sonradan danlayırlar ki, niyə mitinqdə iştirak etmisiniz. Bu iddialar doğrudurmu?

- Qətiyyən. Biz öz adamlarımızı kifayət qədər tanıyırıq. Təbii, elə insanlarımız var ki, mitinq kimin olur olsun, hətta bizə alternativ qurumun, şəxsin olsun, mitinqdə ürəyimizdən keçən şüarlar varsa, iştirak edəcəklər. KXCP-də belə adamlar çoxdur. Biz hətta qərar qəbul etsək ki, iştirak etməyin, adamlar var ki, onlar partiyadan ayrılmaq dərəcəsinə qədər razı olarlar, amma mitinqdən qalmazlar. Bizim şöbə sədrlərimiz var ki, mitinqlərdə iştirak edirlər, təşkil edirlər, adamlar gətirirlər...

- Yəni sizin iradənizin əksinə olaraq...

- Xeyr. İradəmizin əksinə deyil. Biz qadağa qoymamışıq. Təbii ki, siz sualı real vəziyyətdən və eşitdiklərinizdən formalaşdırmısınız. Amma orada məsələ nədir - biz nə deyiriksə, onu edirik. Göründüyümüz kimi oluruq. Biz adamlara deyə bilmərik ki, sən niyə getmisən mitinqə? Niyə deməliyik ki? Onlar bizə irad tuta bilirlər hətta - niyə gəlmirsiz deyə. Biz isə bu iradı tuta bilmirik. Sərbəstlik vermişik, kim istəyir iştirak edir. Məsələn, martın 15-dəki mitinqdə həmin gün müşavirədə olmasaydım, iştirak edəcəkdim.

- Ölkədə seçkiqabağı mühiti necə dəyərləndirirsiniz? Artıq seçki ilinin üç ayı arxada qalıb...

- Azərbaycanda bu gün seçkiqabağı mühit yoxdur. AvropaOyunları qabağı mühit var. Ölkənin siyasi səhnəsi də, iqtisadi səhnəsi də, hakimiyyətin daxili, xarici siyasəti də, hətta hərbi siyasət də, Qarabağla bağlı məsələlər də o yarışa köklənib. Ona görə də indi seçkidən danışmaq tezdir. Böyük ehtimalla, seçkiyə avqustun sonundan etibarən start veriləcək.

- Milli Şuranın missiyasının bitməsindən danışdınız. Bundan əvvəl də İctimai Palatada təmsil olunmuşdunuz, sonra bildirildi ki, onun da missiyası başa çatıb. Seçkiqabağı birliklərin missiyası nədir sizcə - seçkiqabağı birləşib, seçkidən az sonra dava-dalaşla ayrılmalar, sonra yenə zəncirvari proses?

- İnsan elementar olaraq plan qurur, sabaha aid proqramı yazmaq üçün bugünkü səhifəni çevirir. Azərbaycan siyasətində bu, yoxdur. Hər şey baş-ayaqdır. Məsələn, nizamnamədə göstərilir ki, qurultay olmalıdır, partiya sədr seçkisinə gedir, parlament seçkisinə gedir. Qurumun nə məqsədlə yaradıldığı, nə zaman xitam veriləcəyi də qeyd olunur. Məsələn, 2013-cü ilin prezident seçkiləri ilə bağlı yaradılmış Demokratik Qüvvələrin Milli Şurası.

- Mirmahmud bəy, gənclər niyə azdır partiyanızda? Niyə gənclər sizin partiyaya gəlmirlər, aktiv deyillər, sayları azdır?

- Gənclərimiz var, sadəcə, bizim gənclərimiz güclü, başqa partiyaların gənclərindən fərqli, bir az da elmi araşdırma aparan, kitablar yazan gənclərdir. Bizim ruporumuz, təbliğatımız yoxdur. Azərbaycan gənclərinin elmi əsaslarla simvoluna çevrilib Cavid Mehrəliyev. Onu 2011-ci ilin aprel mitinqləri ilə bağlı Bakı Dövlət Universitetindən xaric etdilər, bərpa olunmaq üçün məhkəməyə verdi, sonunda Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. Bu gün ortalığa “Əski Əhəməni yazısı” əsəri ilə çıxıb. Bu, bizim gəncimizin birinin gördüyü iş və bütün Azərbaycan gəncliyinə nümunə olan işdir.

- Doğru. Amma o, bir nəfərdir. İddialar isə budur ki, kifayət qədər narazılıqlar var gənclərin partiyaya qoşulmaması ilə bağlı. İcazəmi verilmir?

- Elə bir şey yoxdur. Gənclərimiz var ki, saytlara rəhbərlik edirlər. Gənclərimiz var, xüsusi olaraq bələdiyyə seçkilərində iştirak etdilər, namizədliyini irəli sürdülər, təcrübə qazandılar. Başqa heç bir partiyadan bu qədər gənc bələdiyyə seçkilərində iştirak etmədi. YAP-dan da məcburi getdilər. Gənclərimizin bir qismi xaricdədir. Təbii ki, kütləvi şəkildə Azərbaycanın gəncləri də bir arada deyil. Könül istəyər ki, gənclər doğrudan doğruya bu estafeti qəbul etsinlər. Gənclərimiz var, ancaq kifayət qədər deyil. Sizi və bizi qane edəcək qədər deyil. Bu, reallıqdır.

- KXCP-nin yeddi partiya ilə birlikdə seçkidə iştirakı yekun qərardır? Ola bilərmi ki, partiyanız boykota getsin?

- İstənilən məsələ ola bilər. Amma düşüncəmizdə boykot yoxdur. Mən məsələn, boykotun əleyhdarıyam. Təşkilat qərar qəbul edərkən də mənim də sözüm təsirli ola bilər. Nə üçün? Azərbaycanda kimsənin etmədiyini etdiyimizə görə. Qazandığımız deputat mandatından imtina etdiyimizə görə. Hesab edirəm ki, hətta 1998-ci ildə də boykotunuz doğru deyildi. O zaman da fərd olaraq əleyhinə idik. Amma daxili müzakirələrdən, verilən qərardan sonra ya qərarı yerinə yetirməli idik, ya da çıxıb getməli idik. Boykot o zaman ola bilər ki, təsiri, nəticəsi olsun. AXC vaxtı boykotun təsiri var idi, nəticəyə təsir edə bilirdi. Bu gün həmin boykot nəticəyə təsir edə bilmirsə, nəyisə dəyişdirə bilmirsə, bunu etmək doğru deyil.

- Bəs iştirakın da nəticəyə təsir etməyəcəyi, edə bilməyəcəyi əvvəlcədən bəllidirsə, bu seçkidə iştirak lazımdırmı?

- Əsas odur ki, haqq bildiyin işi edirsən. Qısa ömründə tribunada sözünü deyirsən. 1993-cü ildə qiyamdan sonra bizim çıxışlarımızdan, artıq yavaş-yavaş sıralar seyrələndən sonra mandatdan məhrum olanlar, olandan sonra bizə bu sözləri deyənlər bildirirdilər ki, ekranın qabağında oturmuşdum, sən məni infarktdan qurtardın, sağ ol. Sonra həmin adamların özləri gəlib deputat oldular. Və hətta başqa işlər də oldu. Amma mən onlara həmin “sağ ol”u deyə bilmədim. Həqiqətən millətin sözünü deməkdən ötrü tək də olsan, bu işi görmək lazımdır. Mən 2000-ci ildə parlamentdə mandatdan imtina edəndən sonra Elçibəyi yaxından tanıyan adamlar sual verirdilər ki, Elçibəy sağ olsaydı, sən parlamentə gedərdinmi?

Mən də dedim ki, bu gün Elçibəy yoxdur və mənə o sözü deyən, təsiredici olaraq deyən yoxdur. Bilirdim parlamentə getmək lazımdır. Həm də bu hərəkətimi də düz sayırdım ki, 19 kişi söz vermişdik. Kişi sözü vermişdik ki, mandatdan imtina edirik. Bir adam sözünün üstündə dayanmadı. Dedim, heç olmasa bir nəfər dayansın. Ancaq seçicilərimin qarşısında borclu qaldım. Hər dəfə Əli Bayramlıya gedəndə, ovaxtkı seçicilərim qarşısında söhbət edəndə deyirəm ki, həyatda borclu olduğum çox adam var, amma sizin qədər borclu olduğum yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu növbəti qurultayda namizəd olmayacağını bildirib

    Yenidən KXCP sədri seçilən Mirmahmud Mirəlioğlu ...

    4-08-2015, 11:44

  • 
  • MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ QURULTAYINA ÇAĞIRDI

    MIRMAHMUD MIRƏLIOĞLU ƏLI HƏSƏNOVU VƏ YAP-I ÖZ ...

    31-07-2015, 01:15

  • 
  • KXCP rəhbərliyindən kənarlaşdırılan hüquq müdafiəçisi partiya sədrliyinə namizədliyini irəli sürüb

    KXCP rəhbərliyindən kənarlaşdırılan hüquq ...

    18-05-2018, 15:26

  • 
  • Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib

    Mirmahmud Mirəlioğlu Türkiyəyə səfərə gedib ...

    25-08-2013, 14:35

  • 
  • KXCP növbədənkənar prezident seçkilərini boykot edir

    KXCP növbədənkənar prezident seçkilərini boykot ...

    17-02-2018, 16:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (326)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu