GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Saatlı təhsilində korrupsiya

Saatlı təhsilində korrupsiya

Tarix: 7-02-2013, 10:12 Bölmə :Ölkə Baxış: 884
Saatlı təhsilində korrupsiya

Rayon icra hakimiyyətinin maliyyə
maxinasiyası təhsil şöbəsində davam etdirilir


Hər bir millətin taleyində təhsilin rolunu şərh etməyə ehtiyac yoxdur. Qısaca onu qeyd edə bilərəm ki, təhsili olmayan dövlətin, müəllimi dilənçi günündə yaşayan xalqın gələcəyi məhvə məhkumdur.. Saatlı rayon təhsil şöbəsinin işçiləri və əksər məktəb direktorlarının gələcəyimizi necə məhv etdiklərini diqqətinizə çatdırım.
2011-2012-ci tədris ilinin ortalarında baş nazir Artur Rəsizadə sərəncam verdi ki, müəllimin 24 saatdan artıq dərs deyə bilməz. Sonra Milli Məclis qərar qəbul etdi ki, 65 yaşdan yuxarı müəllimlər işdən azad olunsun. Təhsil Nazirliyi universitetləri qurtarıb diplom almış, kadr kimi işləməli olan müəllimləri yenidən attestasiyadan keçirməklə onların məktəblərə gedən yolunu bağladı. Nəticədə orta məktəblərdə kəskin şəkildə müəllim çatışmazlığı baş verdi. Məktəbdə də dərs boş qala bilməz, mütləq tədris olunmalıdır.
Bundan istifadə edən Saatlı rayonunun bəzi məktəb direktorları həmin dərsləri tədris olunmasa da özü məktəbdə, adı dərs cədvəlində olmayan, dərs keçməyən, jurnal yazmayan, maaş kartları məktəb direktorlarında olan müəllimlərin həmin kartlarına vakant dərslərin pulunu yükləyib mənimsəməyə başladılar. Həmin kartlarda 40-50 saat dərsin pulu mənimsənilir. Amma dərs deyən müəllimlərə 24 saatdan artıq dərs verilmir. Bununla da gözləri doymayan cinayətkarlar heç nədən çəkinmədən daha ciddi cinayətlərə əl atırlar. Belə ki, həkimlərlə cinayət əlaqəsinə girib müəllim dərs keçə-keçə, jurnal yaza-yaza, özünün xəbəri olmadan bülletenə çıxarılıb bülleten pulu mənimsənilir Xəstə uşaqlar adı altında çox sayda şagird evdə təhsilə cəlb olunur. Evdə təhsildən əsər-əlamət olmasa da bu pullar da mənimsənilir. Bir evdə təhsil alan şagird bir oklad dərs deməkdir. Bununla da dövlət büdcəsinə külli miqdarda ziyan vurulur. Əksər direktorların bütün ailə üzvlərinin məktəbin maaş cədvəlində adları getsə də özləri bircə dəfə də olsun məktəbə ayaq basmayıblar.
Saatlıda hətta kişi müəllimlər də analıq məzuniyyətinə çıxarılır. Niyə gülürsünüz? İnanmırsınız? Kişi müəllimlərin adlarının sonuna “ə” hərfi artırıb dekretə çıxarırlar və dövlət büdcəsini talayırlar. İnspektorlar hansı məktəbə təhkim olnublarsa həmin məktəblərdə onların adlarına dərs yazılır və dərs keçmədikləri halda həmin dərslərin pulunu alırlar. İndi də kurikulum oyununu atıblar ortalığa. Bu kurikulum müəllimləri də, şagirdləri də tədrisdən iyrəndirib. Müəllimlər səhərdən axşama qədər jurnal yazırlar, şagirdlər isə qalıblar ağzı günə. Heç bir bilik verməyən kurikulum bir-iki oxuyan şagird var idi, onun da axırına çıxdı. Kurikulum təhsili tamamilə məhv etməyə xidmət edir.
Saatlı rayonunda açılan kurikulum kursunda da külli miqdarda pul mənimsənilir. Kursa göndərilən müəllimlərdən qabaqcadan 100 manat pul alınır, on gün müddətində kursda olan müəllimin maaşı verilmir. Ezamiyyət pulundan danışmağa dəyməz. Çünki müəllim hara göndərilirsə, ona ezamiyyət pulu ödənilmir. Külli miqdarda dövlət əmlakını talayanlar eyni zamanda şəxsi əmlakı da talayırlar.
Saatlı Təhsil şöbəsinin baş mühasibi özündən vergi növləri icad edib. Müəllimlərin 14 faiz gəlir vergisinə, 3 faiz pensiya fonduna, 2 faiz də həmkarlar təşkilatına (bu təşkilat formal təşkilat kimi ləğv edilməlidir) vergi tutulmalıdır. Cəmi 19 faiz. Amma baş mühasib müəllimlərdən icra hakimiyyətinə, YAP-a, müdafiə fonduna, Qırmızı Aypara cəmiyyətinə qanunsuz vergi tutur. Bundan sonra da maaş yenə də əskik olur. Soruşanda deyir ki, bunu da elə-belə tutmuşam. Saatləı Təhsil şöbəsində elə-belə vergi növü də var. İldə üç-dörd dəfə sığorta olunan müəllimlərə heç bir sənəd verilmir ki, müəllim harasının sığorta olunduğunu bilsin.. Baş mühasib bayram günləri də müəllimlərin maaşını tutur. Amma Əmək məcəlləsinin 109-cu maddəsində yazılır ki, işçi bayram günləri işə cəlb olunarsa ona əmək haqqı ikiqat ödənilir. Deməli, işə cəlb olunmursa əmək haqqı birqat ödənilməlidir. Əks təqdirdə həmin maddə belə yazılmalıdır: “Bayram günləri işə cəlb olunan işçinin əmək haqqı ödənilməlidir.”
Talama bununla bitmir. Sınıq-salxaq maaşını alan müəllimləri direktor bir-bir çağırıb deyir ki, odun pulu, qəzet pulu, məktəbli forması pulu, müdirin, inspektorun, baş mühasibin, mühasibin, direktorun haqqını ver.
Təhsil naziri M.Mərdanov deyir ki, oklad yarım dərs deyən müəllim 350-400 manat maaş alır. Ən yüksək maaş alan müəllimin okladı 130 manatdır. Oklad yarım da 195 manat edir. Həmin pulun başına açılan oyunları yuxarıda qeyd elədim. Riyaziyyat üzrə professor nazirin latın əlifbası ilə dediyi yalanı, yazıq müəllim, gəl indi nisyə ərzaq götürdüyün kiril əlifbası ilə adını yaza bilməyən satıcıya başa sal, görüm necə başa salırsan.
Üzdə olan bu korrupsiya faktlarının əks olunduğu sənədlərə rayonun maliyyə şöbəsinin müdiri tərəddüd etmədən qol çəkib təsdiq edir. Bütün bunlar qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən külli miqdarda dövlət və şəxsi əmlakı talamadı. İllərlə açıq-aydın şəkildə baş verən bu cinayətləri dövlət orqanları görmür, ya da görmək istəmir. Camaat danışır ki, bu cinayətkarlar həmin pullardan H.Əliyev fonduna pul köçürürlər, yuxarıdakılara da pay verirlər. Ona görə də cəzasızlıq şəraitində belə ağır cinayətləri törədirlər. Prezident çıxışlarında deyir ki, bizə korrupsiya faktları verin, tədbir görək. Buyurun, bu da korrupsiya faktları, görək nəticəsi olacaq?
Lütvəli Dursunov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əlil puluna tamah salan təhsil işçiləri

    Əlil puluna tamah salan təhsil işçiləri ...

    12-12-2013, 21:27

  • 
  • Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq

    Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq ...

    11-12-2013, 11:49

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Saatlı təhsil şöbəsi müdiri haqda şok iddialar – Təfərrüat

    Saatlı təhsil şöbəsi müdiri haqda şok iddialar – ...

    20-02-2015, 12:47

  • 
  • Nazir 68 məktəb direktorunu işdən çıxarıb

    Nazir 68 məktəb direktorunu işdən çıxarıb ...

    16-01-2014, 14:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu