Qətl hadisəsi bu gün saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.
gundemxeber.az xəbər verir ki, virtualaz.org saytına bu barədə həmin binanın sakinləri məlumat verib.
Xəbərə görə, 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada qətlə yetirib. T.Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri ilə öldürüb.
Sakinlərin sözlərinə görə, qətlin qısqanclıq zəminində baş verdiyi ehtimal edilir. Amma bu, yalnız ehtimaldır. Hadisənin təfərrüatları ilə bağlı əlavə məlumat verməyə çalışacağıq.
Binəqədi Rayon Polis İdarəsi 5-ci polis bölməsindən də faktı təsdiqlədilər. Bölmədən virtualaz.org saytına verilən məlumatda deyilir ki, əməliyyat qrupu hazırda hadisə yerindədir.
Xatırladaq ki, dünən axşam Bakıda daha bir oxşar hadisə baş vermiş, ər arvadını marşrut avtobusunda sərnişinlərin gözü önündəcə vəhşicəsinə qətlə yetirmişdi.
Sorğu
Yeni dizaynımız necədir?