Bakı Apelyasiya Məhkəməsində bir neçə ay öncə liftdə arvadını bıçaqlayan 1979-cu il təvəllüdlü Təhmasib Mirzəyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Qeyd edək ki, hadisə bu il aprelin 9-da saat 11 radələrində Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 3068-də, “Elit” ticarət mərkəzinin arxasında yerləşən “Olimp” mənzil-tikinti kooperativinin (MTK) binasında baş verib.
Təhmasib Mirzəyev həyat yoldaşı, 1991-ci il təvəllüdlü Mirzəyeva Nigar Hümbət qızını yaşadıqları binada bıçaqlayıb. Təhmasib Mirzəyev həyat yoldaşını binanın liftində çoxsaylı bıçaq zərbələri vurub. Bundan sonra ər özü də qollarında damarlarını kəsərək intihara cəhd edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təhmasib Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Təhmasib
Mirzəyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə apelyasiya şikayəti üzrə ilkin dinləmə olub. Prosesdə Təhmasib Mirzəyevin anket məlumatları dəqiqləşdirilib, həmçinin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?