Bakıda metropolitenin yeni rəisindən barbarcasına davranış...
"Bakmil" metrostansiyası ərazisində Məmməd Əmin Rəsulzadənin Bakıda olan yeganə büstü (Novxanıdakı abidə deyil) dağıdılıb.
Bu barədə ərazidə yaşayan sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, söhbət Rəsulzadənin "Bakmil" metrostansiyasının yanında, depo ərazisində olmuş büstündən gedir ki, bu büst də 1992-93-cü illərdə - Әbülfəz Elçibəyin prezidentliyi dönəmində qoyulub.
Məlumata görə, bir neçə gün öncə metropolitenin yeni rəisi Zaur Hüseynov həmin büstün sökülməsinə göstəriş verib.
"Büst dağıdılıb və qalıqları yük maşınına yığılaraq aparılıb. Həmin büstün yerində isə Heydər Әliyevin büstü qoyulub. Maraqlıdır, Zaur Hüseynov eyni ərazidə Heydər Əliyevin büstü ilə Rəsulzadənin büstünün olmasını hansı motivlə məqbul bilməyib", - deyə sakinlər bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?