Bu gün Müsavat Partiyasının üzvləri Gəncə şəhərində M.Ə.Rəsulzadənin büstünü ziyarət etmək istəyiblər.
Lakin, polis onların bu ziyarətinə mane olub. Partiya üzvlərinin musavat.com-a verdikləri məlumata görə, heç bir səbəb göstərmədən polis əməkdaşları onların əllərindəki gülləri alaraq, həmin ərazidən uzaqlaşdırıb.
Xatırladaq ki, bu gün Müsavat Partiyasının Balakən və Zaqatala təşkilatları da Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyini qeyd etmək üçün böyük öndərin Zaqatala rayonundakı abidəsini ziyarət etmək istəyib. Ancaq polis müdaxiləsi nəticəsində ziyarət tədbiri baş tutmayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?