Deyirəm, ölmədik bu günü də gördük… ABŞ səfirliyində öz qəzetini təqdim edərək, guya ingiliscə "peype tri nöqts" deyən, rusca "Nataşa"dan başqa bir söz bilməyən və məni «dost» adlandırıb, mətbuat konfransına buraxmayan Xoşqədəm... Mənim sözlərimə "karcasına" baxan həmkarım Xoşqədəm. 11 illik Azərbaycandakı fəaliyyətimdə ilk dəfədir ki, mən mətbuat konfransına buraxılmıram. Əlbəttə, nə vaxtsa hər bir şeyin ilki olur, lakin bu ilkin "dost" tərəfdən edilməsi məni məyus etməyə bilməz. Axı nəyə lazım idi bu cür davranış? Bunun arxasında olan qorxu deyilsə, bəs nə idi? Düz olan insan, öz layihəsini "müqəddəs" adlandıran şəxs nədən qorxdu axı? Qorxdu ki, dostunun gözlərinə dik baxa bilməyəcək? Qorxdu ki, onun yalanları elə dostu tərəfindən ifşa olunacaq? Bəli, o bilir ki, Vüqar Vüqarlı üçün də müqəddəs olan amillər var və onlar layihə-filan deyil. Onlar DÜZGÜNLÜK, MƏRDLİK və SƏMİMİLİK adlanır. Dörd gün bundan öncə mənim yanımda ATV kanalının prezidenti Vüqar Qaradağlını az qala yarım saat tərifləyən (və onu da “Müqəddəs insan” adlandıran), onun rəhbərliyi altında işlədiyi üçün qürur duyduğunu dilə gətirən bir qadın, deməli sadəcə olaraq premyera qabağı məşqlər edirmiş... Və məni də bu "praqona" tamaşaçı kimi dəvət edib, özünün aktyor qabiliyyətini yoxlayırmış. Mən bütün bu baş verənlərdən sonra onun aktrisalığına bir "beş" verməyim, neyləyim? Lakin axıradək düzgünlük nümayış etdirib insani keyfiyyətlərinə "iki"dən çox qiymət verə bilmərəm. Bilmərəm... Amma yox... Bir məqam az qala gözümdən qaçmışdı. İndi sənə daha çox "qiymət" verən yerə gedirsən axı. Və ən qəribəsi də odur ki, ora gedə-gədə də deyirsən ki, “ATV-dən məni çağırsalar qayıdaram”. Bu ziddiyyət deyil bəs "nə mənədir"? Yoxsa... Axı sən hər zaman peşəkar olduğunu dilə gətirirdin. Ziddiyyətli peşəkar olmaq mümkündürmü? Peşəkar da ona yeni iş verən, ona əl tutan bir quruma ehtiyat variantı kimi baxarmı? Deməli, sən onlara qarşı da, səni və sənin “komandana” cani-dildən qucaq açmışlara qarşı da RİYAKARSAN. Necə ki, səni 5 il elə qucağında saxlayıb, səni bəsləyənlərə qarşı, sənin xarici pasportuna möhürlərin sayı-hesabını dayanmadan artıranlara qarşı ikiüzlülük nümayiş etdirdin... Və onların, dünən hətta sənin geyim əşyalarının üstünə qoymağı məmuniyyətlə icazə verdiyin telekameralarını, indi yaddaşlardan silinmiş bir qəzetin ofisinə girməyini qadağan etdin. Nə isə...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?