Space TV-nin “Hər gün” informasiya proqramının yeni aparıcısı Elvin Basqallının ATV-dən çıxması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bir neçə ildir ATV-də müxbir kimi çalışan Elvin Basqallının “ATV gündəm” proqramında birgə çalışdığı teleaparıcı Xoşqədəm Hidayətqızına görə işdən çıxdığı bildirilir.
Modern.az-ın məlumatına görə, jurnalist haqqında yayılan xəbərlərə aydınlıq gətirib. E.Basqallı Xoşqədəm Hidayətqızının işçilərlə münasibətindən söz açıb: ”Dünəndən etibarən çoxlu mesajlar yazılır və məndən soruşulur ki, Space-ə keçməyin nə ilə bağlıdır? Hətta bəziləri “Xoşqədəm Hidayətqızı ilə niyə işləmək çətin oldu, savaşdızmı” deyə suallar ünvanlayırlar. Mən Space-ə geniş yaradacılıq imkanları əldə etmək üçün gəldim. Xoşqədəm Hidayətqızı ilə dostluğum isə möhkəmdir, məhz onunla işlədiyim 3 ay ərzində özümə və istedadıma dərin hörmət, kömək hiss etdim. Özü mənə belə deyirdi "Mən sənin istedadından qorxmuram, mənə müti yox, liderlik xarakterinə malik işçi lazımdı". Bir sözlə dostlar narahatçılığa və sevinməyə dəyməz - dünən mənim canlı efirimdə Xoşqədəm xanım məndən daha çox həyəcan keçirdi”-deyə E.Basqallı bildirib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?