GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Misir Mərdanovla Əli Abbasov üz-üzə gəlir

Misir Mərdanovla Əli Abbasov üz-üzə gəlir

Tarix: 7-02-2013, 10:20 Bölmə :Ölkə Baxış: 3 059
Misir Mərdanovla Əli Abbasov üz-üzə gəlir

Nazirlər rektor postu uğrunda savaşa başladı;
Təhsil naziri doğma qardaşı, rabitə naziri isə
elmi rəhbəri üçün «qollar»ını çırmaladı


Fevral ayının 1-də prezident İlham Əliyevin İnformasiya Texnologiyaları Universitetinin yaradılması haqqında verdiyi sərəncam Təhsil naziri Misir Mərdanovla Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbəri Əli Abbasovun arasında yeni gizli savaşa zəmin yaradıb. Artıq nazirlər arasındakı toqquşmanın siptomları mətbuata da çıxıb. Xatırladaq ki, Nazirlər Kabineti İnformasiya Texnologiyaları Universitetinin yaradılması prosesini 2 aya başa çatdırılmalıdır. Sərəncamdan belə görünür ki, 2013-2014-cü tədris ilində yeni universitet artıq tələbə qəbuluna da başlayacaq. Bu isə yeni universitetə rektor təyin olunmaq istəyənlərin vəzifə ehtiraslarını qızışdırıb.
Bu haqda «Reytinq» qəzetinin son sayında da məlumat verilib. Qəzet, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindəki mənbəyə istinadla xəbər verib ki, İnformasiya Texnologiyaları Universitetinin rektoru postuna adıçəkilən nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun müavini İlham Mərdanov ən şanslı namizəddir: «Nazirlikdə çox adamın fikri belədir ki, yeni universitetin başına İlham Mərdanov gətiriləcək. Onun təhsil naziri Misir Mərdanovun qardaşı olması və eyni zamanda, təhsil sahəsində təcrübəli olması bu yöndə dolaşan söhbətlərin ciddiliyini artırır. 59 yaşlı İlham Mərdanov Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetində prorektor vəzifələrinə qədər yüksəlmiş elm adamıdır. O, 2005-ci ildə bizim nazirliyə şöbə müdiri vəzifəsinə gətirilib. Lakin bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində aparat rəhbərinin müavini kimi ciddi və məsuliyyətli bir vəzifə tutmasına baxmayaraq, hələ də Səməd Seyidovun rektoru olduğu Dillər Universitetində kafedra müdiri vəzifəsində qalır. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri olan Səməd Seyidovun və qardaşı Misir Mərdanovun imkanlarını dəyərləndirən bir çox müşahidəçilər də bu səbəbdən fizika - riyaziyyat elmləri doktoru, professor İlham Mərdanovun şansını yüksək dəyərləndirirlər. Nazir Əli Abbasovun da ona isti yanaşması yeni universitetdə rektor olmaq istəyənləri nazirlikdəki bəzi vəzifəli şəxsləri narazı salsa da, onların da boş duracağını söyləmək olmaz. Bir sözlə, bizi qarşıda maraqlı mübarizə gözləyir».
«Gündəm xəbər»ə daxil olan məlumata görə isə, yeni universitetin rektoru postuna təkcə Misir Mərdanovun qardaşı İlham Mərdanov iddialı deyil. Bizə daxil olan məlumata görə, İnformasiya Texnologiyaları Universitetinin rəhbərliyinə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin təyin olunma şansı da kifayət qədər yüksəkdir: “Mətbuatda təkcə İlham Mərdanovun adı hallanıb. Bəli, onun rektor olmaq şansı qeyd olunan «amillər»ə görə yüksəkdir. Lakin bu o demək deyil ki, İlham Mərdanov həmin universitetin rektoru postuna yeganə şanslı namizəddir. Əslində, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyevin şansı da az deyil. Bəlkə də İlham Mərdanovla bərabərdir. 55 yaşlı Rasim Əliquliyev İlham Mərdanovdan fərqli olaraq, informasiya texnologiyaları üzrə peşəkar mütəxəssisdir. Digər tərəfdən, o, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun elmi rəhbəri olub. Əli Abbasov ona çox böyük hörmətlə yanaşır. Hələ nazir olmamışdan əvvəl, onlar bir yerdə informasiya texnologiyaları üzrə bir neçə uğurlu layihələrə imza atıblar. Əli Abbasov nazir təyin olunduqdan sonra həmin layihələr daha dərin şəkildə genişləndirildi. Bu gün də Rasim Əliquliyev nazirliklə sıx işbirliyində olmaqla yanaşı, nazirin çox böyük hörmətlə qarşıladığı elm adamıdır. Ona görə də yeni universitetin rektoru postuna nazirin ondan yana seçim ediləcəyinə şübhə edilmir. Söz yox ki, Əli Abbasov təbiətindən irəli gələn nüanslarla əlaqədar bu istəyini gizlilik şəraitində gerçəkləşdirməyə çalışır».
Qaynağın iddiasına görə, Əli Abbasovdan fərqli olaraq, nazirliyin aparat rəhbəri Vidadi Zeynalov isə İlham Mərdanovun namizədliyinə tam dəstəyini ifadə edir: «Ümumiyyətlə, nazirlə aparat rəhbərinin yolları Dövlət İqtisad Universitetində kəsişsə də, onların həm xarakter, həm də idarəçilik baxışlarında ciddi fərqlər var. Yeni yaradılan universitetlə bağlı da belə fikir ayrılığının mövcud olacağına şübhə yoxdur. Məncə artıq rektorluq məsələsində onların fikirləri indidən haçalanıb. İqtisad Universitetinə prorektor (həmin vaxtı həmin universitetin rektoru nazir Əli Abbasov olub - red.) təyin olunana qədər işsiz olan Vidadi Zeynalov keçmişdə Misir Mərdanovun ona etdiklərini unudan deyil. Onu Misir Mərdanov universitetə prorektor təyin etdirdi. Və bununla keçmiş maliyyəçinin yeni karyerasının yüksəlişində əsas rolu oynadı. Düzdür, o, bu yaxşılığı Misir Mərdanovun qardaşı İlham Mərdanovu nazirliyə əvvəl şöbə müdiri, sonra isə özünə müavin gətirməklə ödəməyə çalışıb. Lakin Zeynalov Misir Mərdanovla olan dostluğu səbəbindən daxildə də onun qardaşına dəstək verdiyi və verəcəyi faktdır. Kimsə şübhə etmir ki, o, müavinin rektor təyin olunması üçün hər varianta hazırdır. Məsələnin ən maraqlı tərəfi də budur ki, Misir Mərdanov da qardaşının rektor təyinatına müsbət yanaşır və o, hakimiyyətdəki bir çox yüksək vəzifəli şəxslərin öz qohum-əqrabasına «gün ağlaması»ndan nümunə götürməkdə qərarlıdır».
Məlumatlı şəxs deyir ki, Misir Mərdanovun da qardaşı ilə bağlı qərarlığı gec-tez onu nazir həmkarı ilə üz-üzə gətirəcək: «Şübhə yox ki, rektor postu bu iki naziri üz-üzə gətirəcək. Misir Mərdanov qardaşından, Əli Abbasov isə elmi rəhbərindən asanlıqla vaz keçməyəcək».
Məsələ ilə bağlı tərəflərin də mövqeyini dinləməyə hazırıq.
Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha iki iri məmur quda oldu

    Daha iki iri məmur quda oldu ...

    10-09-2013, 14:29

  • 
  • Telefon danışığı haqqı ucuzlaşacaq yoxsa bahalaşacaq?

    Telefon danışığı haqqı ucuzlaşacaq yoxsa ...

    21-10-2013, 17:57

  • 
  • Əli Abbasov oğluna toy etdi-ÖZƏL

    Əli Abbasov oğluna toy etdi-ÖZƏL ...

    11-01-2014, 00:37

  • 
  • Azərbaycanda yeni institut açılır

    Azərbaycanda yeni institut açılır ...

    2-08-2013, 17:19

  • 
  • İlham Əliyev Hafiz Paşayevin vəzifə yerini dəyişdi - Təyinat

    İlham Əliyev Hafiz Paşayevin vəzifə yerini ...

    9-07-2014, 14:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu