GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ağır qətllərin səbəbi nədir?

Ağır qətllərin səbəbi nədir?

Tarix: 14-04-2015, 23:37 Bölmə :Ölkə Baxış: 0
Ağır qətllərin səbəbi nədir?

Ailədaxili münaqişələr nəticəsində baş verən cinayətlərin sayını necə azaltmaq olar?

Ölkədə xüsusi qəddarlıqla törədilən qətllərin sayı artır. Elə bu günlərdə baş verən hadisəyə diqqət yetirək. Belə ki,

martın 28-də saat 12.00 radələrində Ağsu şəhər sakini, əvvəllər məhkum olunmuş Ramiz Ələkbərov “Ağsu aşırımı”nda yerləşən “Ata yurdu” kafesində aralarında yaranmış münaqişə zəminində ov tüfəngindən atəş açaraq yeməkxananın sahibi Mahir Mirzəliyevi qətlə yetirib və özünə məxsus avtomobillə ərazini tərk edib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə dərhal hadisə yeri və meyit müayinə olunmuş, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb. R.Ələkbərovun yaşadığı mənzilə baxış keçirilərkən orada odlu silahla qətlə yetirilmiş meyit aşkar edilib və öldürülən şəxsin rayon sakini Sərxan Soltanov olduğu müəyyənləşdirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə R.Ələkbərova məxsus “Renault” markalı avtomobil Bakı-Şamaxı şossesinin 119-cu kilometrliyində aşkar edilmiş və sözügedən nəqliyyat vasitəsindən lüləsi və qundağı kəsilmiş 2 ədəd ov tüfəngi götürülüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanaraq müvafiq ekspertizalar təyin edilib.

Qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Ramiz Ələkbərovun yerinin müəyyən edilməsi və tutularaq məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən Mahir Mirzəyev Azərbaycanın Xalq Artisti, mərhum aktyor Mikayıl Mirzənin qardaşı oğludur. Xatırladaq ki, rayon sakini, 1961-ci il təvəllüdlü Mahir Mirzəyev naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib.

Yaxud bir müddət əvvəl Gəncədə 1995-ci il təvəllüdlü Əliyev Şahlar qısqanclıq zəminində bacısı ilə münasibətləri olan 1997-ci il təvəllüdlü Hacıyev İmaməddinin başını kəsərək öldürüb. Son bir həftənin cinayət statistikasına diqqət etsək bir günə 2 cinayətin, bəlkə də daha çox düşdüyünü görərik.

Ümumiyyətlə, son vaxtlar cəmiyyətdə xüsusi bir aqressiya, apatiya sezilir. Məsələn, bir qədər öncə 5-ci mərtəbədən eyvandan yıxılan qadın bağlı olaydakı kimi: binanın həndəvərinə toplaşan insanlar həyat yoldaşının əllərindən tutaraq 5-ci mərtəbədən 5 dəqiqə asılı qalan qadına kömək etmək əvəzinə heç nə etmir, seyrçi mövqeyində qalır, hətta hadisəni telefonlarına çəkirdilər. Bəs Azərbaycan cəmiyyətinin bu dərəcədə amansız və bədbəxt hadisələrə qarşı soyuqqanlı davranmasının səbəbi nədir?

Bunun kökündə təbəqələşmə və sosial vəziyyətin ağırlığı durur. Elə dövrlər olub ki, insanların sosial vəziyyəti bu gündəkindən də pis olub. Amma bu qədər cinayət hadisələri baş verməyib Çox vaxt hüquq-mühafizə orqanları hansısa cinayətin üstünü açmağı uzadır, ya da ümumiyyətlə aça bilmir. Azərbaycan balaca ölkədir. Burada cinayətin üstünü açmağa nə var ki?! Amma şərt cinayətin üstünü açmaq deyil, şərt cinayətin qarşısını almaqdır. Bu da bizdə yoxdur. Əvvəllər hündür binalar yox idi, ancaq həyət evləri var idi. Burada da hamı bir-birini tanıyırdı. Əvvəllər, hansısa xırda ailə münaqişəsi baş verəndə belə sahə müvəkkili gəlib hadisəni araşdırırdı. Dalaşan şəxsə niyə işləmirsən, niyə ailəni incidirsən deyib, tənbeh edirdilər.

Daha sonra həmin adamı işə düzəldir, münaqişəyə əsas yaradan problemi həll etməyə çalışırdılar. Yəni bir növ gələcəkdə baş verə biləcək hansısa cinayətin qarşısını alırdılar və cəmiyyət özü bu insanın düzəlməsində, islah olunmasında iştirak edirdi. Amma bu gün bunların heç biri yoxdur.

İşsizlik də insanları aqressivləşdirir. Öz ixtisasında işləyən insanlar da səhərdən axşamadək qul kimi işləyir və az maaş alır. Bir gündə 12 saat işləmək olar?! İnsanlar səhərdən axşamadək işləyib 250 manat maaş alır. Bu pulla da onlar dükana girib heç nə ala bilmirlər. Yaşanılan bütün çətinliklər insanları daima gərgin, əsəbi edir. Ümumilikdə əhalini iki təbəqəyə bölmək olar. Bu gün əşyalara, daşlara daha çox önəm verirlər, nəinki insanlara. İnsan xəstələnəndə bilmir hara getsin…

Azərbaycanda digər ölkələrdə olduğu kimi “polis mənim dostumdur” anlayışı da o qədər inkişaf etməyib. İnsanların bütün amansızlıqlara seyrçi qalmasının səbəbii insanların polislərdən qorxmasıdır. Polislərin əksəriyyəti kişilərdən ibarətdir və bəziləri insanla danışmağı bacarmır. Məsələn, maşınla keçirsən, səni saxlamaq üçün başlayır qışqırmağa.

Bu da insanda aqressiya yaradır. Bəlkə də bu səbəbə görədir ki, insanlar polislə əməkdaşlıq etmək istəmir.

Kəsəsi, Azərbaycanın gündəlik mətbuatında az qala hər gün bu cür kriminal xəbərlər oxumaq mümkündür. Özü də təkcə bu xəbərlər ata qətlləriylə kifayətlənmir, həm də ailə faciələrində qatillər təkcə kişilər olmur, qatillərin və qurbanların qohumluğu müxtəlifdir.

Bu qətllərin kökü hardan şirələnir? Nəyə görə insan emosiyasının girovuna çevrilir?

Psixoloqlar hesab edir, əslində azərbaycanlılar qohumcanlıdırlar, yaxın qohumlar arasında belə faciələrin baş verməsi də ona görə təəccüblü və dəhşətli görünür. Qohumcanlılıqla yanaşı həm də ailələr özünə müdaxiləyə imkan vermir. Məsələn, ailədə ana-bala arasında münaqişə var. Heç biri ağlına da gətirmir ki, problemi həll etmək üçün kənar adamlardan istifadə eləsinlər. Ana öz balasını polisə vermir və ya oğul anasından şikayət eləməyi özünə sığışdırmır. Ancaq münaqişə qalır və getdikcə dərinləşir. Nəticəsi də qanlı bir olayla bitir.

Bu cür ailə qətllərinin çoxalmasına səbəb cəmiyyətdə müşahidə olunan psixopatiyadır. Psixopat o insandır ki, nə özü yaşayır, nə də başqasını qoyur. Cəmiyyətdə bu cür adamlar çoxalıb, amma onlar nəzarət altında deyil. Adicə bir misal: bəzən avtobusda heç nəyin üstündə sürücü sərnişini təhqir eləyir. O sürücü psixopatdır.

Bir çox müşahidəçilər zorakılıq epizodlarıyla yüklənmiş kino və cizgi filmlərinin də insanlarda aqressivliyi artırdığını düşünür. Amma cəmiyyətdə bir əsəb gərginliyi müşahidə olunur ki, bunun kökləri təkcə filmlərdən qaynaqlanmır, həm də bərbad təhsildən və gün-güzəran ağırlığından doğur. Məktəblərdə də nə təhsil, nə təlim-tərbiyə var.

Digər tərədən adamlar öz arzularını həyata keçirə, həyatla mübarizə apara bilmir, öz emosiyasını boşaltmağa yer tapmır, nəticədə gücü özünə, özününkünə yönəlir. Məsələn, qardaş qardaşı tamah məqsədilə öldürür. Qətlin motivi tamahdır, amma əslində qatil qardaşın özünə ev almaq imkanı olsaydı, bunu bacarsaydı, bir daxmanın üstündə qardaşını öldürməzdi.

Eksertlər hesab edir ki, qətllərin motivini öyrənən mərkəzlərə ehtiyac var. Kriminalistlər, sosioloqlar belə qətllərlə bağlı tədqiqat aparılmalıdır. Tədqiqat nəticəsində də bu cür hadisələrin qarşısını almaq üçün standartlar hazırlamaq olar. Əvvəlki profilaktik tədbirlər kompleksi indi dağılıb. Əvvəl həm ailədaxili, həm də mənəvi problemlərlə bağlı iş aparılırdı.

Sağlam siyasi-iqtisadi mühit formalaşmayana qədər cəmiyyətdə mənfi enerji tükənməyəcək, əksinə, bəlkə də artacaq.

Qeyd edək ki, hər il Azərbaycanda yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyalarını dəyişirlər. Bu, Azərbaycanda müalicəsi mümkünsüz xəstəliklərdən dolayı vəfat edən və ya yol-nəqliyyat qəzalarında həlak olan qadınların sayından çoxdur.

Azərbaycanda həlak olan qadınların 73%-i ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Hər il 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün zərbələrə tuş gəlir. Qadınların 28%-i ərləri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40%-də ər, heç olmasa, bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki, «qadın döyülürsə, deməli,

buna layiq nəsə edib». Qadınların 24%-i də bu yaramaz düşüncəni paylaşır. Yeniyetmə qızların 17%-i mütəmadı depressiyalara mübtəla olur. Həmin qızların 3%-i nə zamansa intihar edə biləcəyini istisna etməyib. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45%-i ərinin fiziki təzyiqlərinə məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq anası olub. Qadınların 90%-i ya öz valideynlərinin, ya da qohumlarının arasında yaşanan «ailə haqq-hesab»larının şahidi olublar. Azərbaycanlı qadınların 36%-i onlara nə zamansa əl qaldırmış ərlərinə bu və digər formada haqq qazandırırlar.

Ailədaxili münaqişələr zamanı 17 qadın ölüb, 14 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Onu da qeyd edək ki, ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5%-i zorakılığın hökm sürdüyü ailələrdə böyümüşlər.

Qadınlara qarşı zorakılıq hallarının monitorinqini təəssüf ki, Azərbaycanın bölgələrində aparmaq olmur. Buna səbəb qəzetlərin regionlarla əlaqələrinin zəif olması və ya informasiyanın alınmasında, ötürülməsində yaranan süni maneələrdir. Diqqəti digər məsələyə də yönəltmək istərdik. Son aylar ərzində hamilə qadınların döyülərək və ya əvvəlcədən planlaşdırılmış şəkildə öldürülməsi hallarının sayı artıb. Bunların arasında qısqanclıq (3 nəfər) nəticəsində

və cinayəti ört-basdır etmək (5 nəfər), tamahkarlıq (1 nəfər) və digər səbəblərdən öldürülən qadınlar var. Ümumilikdə hamilə ikən öldürülən qadınların sayı 11 nəfərdir. 7 qadının öldürülməsinin əsas səbəbi isə... onların hamilə olmasıdır. Bu qadınları qeyri-qanuni hamiləlik faktı ilə barışmadıqları üçün vətəndaş nikahında yaşadıqları məşuqları öldürüb.

Bəzi ekspertlərsə hesab edir ki, ailə daxilində törədilən qətllər daim mövcud olub. Sadəcə, son vaxtlar bu qətllərin üstünün açılması daha kütəvi şəkil almağa başlayıb. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, bu hadisələr mətbuatda və televiziyada daha çox işıqlandırılır. Bu halların çoxsaylı olması birmənalı olaraq onu göstərir ki, hazırkı durumumuzda toplumda, ailə quruluşunda kifayət qədər harmonik ab-hava yoxdur. Xüsusilə bu hadisələrin nəticəsi olaraq boşanmaların sayının artması bunun göstəricisidir. Səhərdən axşamacan müxtəlif telekanallardan aşılanan aqressiya, zorakılıq, ailədaxili qarşıdurmalar insanların psixologiyasına birbaşa təsir edir. Telekanallarda göstərilən seriallar bilavasitə aillərin daxilinə nüfuz edir. Hazırda çoxsaylı insanlar öz həyatlarını yaşamırlar, hansısa teleserialların qəhrəmanlarını öz həyatlarında canlandırırlar. Bu kimi halların qarşısının almaq üçün kompleks tədbirlər görülməli, ən əsası isə mənəviyyat mövzusunda kifayət qədər maarifləndirmə işi aparılmalıdır.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • DAXİLİ İŞLƏR NAZİRLİYİ  VƏ BAŞ PROKURORLUĞUN MƏTBUAT XİDMƏTLƏRİNDƏN

    DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ BAŞ PROKURORLUĞUN ...

    14-04-2015, 22:08

  • 
  • Gəncədə ər arvadını odlu silahla qətlə yetirib

    Gəncədə ər arvadını odlu silahla qətlə yetirib ...

    31-03-2015, 20:06

  • 
  • Bakıda 60 yaşlı qadın QƏTLƏ YETİRİLDİ

    Bakıda 60 yaşlı qadın QƏTLƏ YETİRİLDİ ...

    13-01-2018, 13:11

  • 
  • Gəncə şəhərində qətl törətmiş şəxs tutulmuşdur

    Gəncə şəhərində qətl törətmiş şəxs tutulmuşdur ...

    14-04-2015, 23:44

  • 
  • Sabiq deputatın qohumunun dəhşətli qətli haqda iddia

    Sabiq deputatın qohumunun dəhşətli qətli haqda ...

    13-04-2015, 22:31


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu