GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Müxalifət düşərgəsində indiki qarşıdurmalar 1990-cı ildən mövcuddur”

“Müxalifət düşərgəsində indiki qarşıdurmalar 1990-cı ildən mövcuddur”

Tarix: 15-04-2015, 00:01 Bölmə :Ölkə Baxış: 0
“Müxalifət düşərgəsində indiki qarşıdurmalar 1990-cı ildən mövcuddur”

Mehman Əliyev: “Normalda mən jurnalist kimi bu fəaliyyətlə məşğul olmamalıyam”

(Əvvəli ötən sayımızda)

Turan İnformasiya Agentliyinin direktoru, analitik Mehman Əliyevin müsahibəsini təqdim edirik. Siyasi analitik hakimiyyətin durumu və addımları, müxalifətin perspektivləri, dünyada yaşanan iqtisadi böhran və onun ölkəmizə təsiri, qonşu ölkələrdə baş verən proseslər haqqında fikirlərini açıqlayıb.

- Hakimiyyətə yaxın deputatlar və qeyri deputatlar parlamentli respublika ideyasını mütəmadi olaraq ortaya atır. Bu nə dərəcədə realdır?

- Bu təbiidir. İş ondadır ki, qərb də bu quruluşu təklif edir. Həm də diqqət etsəniz, postsovet ölkələri buna gedir. Məsələn, Gürcüstan buna getdi, Moldovada bu quruluşa keçib, Ukrayna bu haqda qərar vermişdi lakin Yanukoviç bu prosesi dayandırdı. Ancaq Ukrayna da buna gedəcək. Bu bir strategiyadır. MDB məkanında prezidentli üsul-idarə demokratik dəyərlərə problem yaradır. Əlbəttə, cavan demokratik ölkələr üçün parlamentli respublika quruluşu bir qədər çətindir. Çünki bu siyasi mədəniyyət tələb edir, belə quruluşda idarəçilik çətin və mürəkkəb olur. Amma bu daha məqbu və ədalətli sistem hesab olunur. Çünki burada bir-birinə nəzarət və kollektiv idarəetmə mövcuddur. Həm də, bu quruluşda şəxsi maraqları təmin etmək üçün səlahiyyətlərdən istifadə halları xeyli azalır. Bu mənada qərb də belə təkliflər irəli sürür. Məncə, biz geci-tezi buna getməli olacağıq.

- Milli Şura ilə Müsavat bir-birini qəbul etmir, Müsavata artıq müxalifət partiyası kimi baxılmır. Müxalifətin durumunu necə qiymətləndirirsiniz?

- Müxalifətdə potensial var. Ancaq daxili qarşıdurmalar, intriqalar da mövcuddur. Və bu da, vətəndaş cəmiyyətinin formalaşmasına problem yaradır. Ancaq bu yeni bir hal da deyil. Əksinə, uzun müddətdir ki, müxalifət düşərgəsində belə problem var. 1990-cı ildən bu yana siz deyən problem yaşanır. Mən hesab edirəm ki, məhz bunun sayəsində hakimiyyət mövqelərini gücləndirə bilib. Əlbəttə, bu münasibət qeyri-normaldır. İndiki qarşıdurmalar müxalifətdə hər zaman olub. Ancaq biz onu da, görmüşük ki, bəzi məqamlarda bu qüvvələr bir araya gələrək vahid strategiya çərçivəsində hərəkət edə bilir. Hesab edirəm ki, müəyyən mərhələlərdə müxalifətdə siyasi məsuliyyət şəxsi maraqları üstələyib. Zənnimcə, seçki öncəsi belə vəziyyət yaranacaq. Keçmiş seçkilər ərəfəsində də koalisiyalar yaranıb, real müxalifət bir araya gəlib.

- Siz həm Milli Şuranın üzvüsünüz, həm də Müsavata yaxın şəxs hesab olunursunuz. Bu iki qurumda bir-birini iqnor edir. Necə olur ki, iki düşməni münasibətdə olan qurumlar sizinlə yaxın və dost münasibət saxlayır?

- İş ondadır ki, İsa Qəmbərin rəhbəri olduğu “Düşüncə Mərkəzi” var və mən də orada təmsil olunuram, eləcə də Milli Şuraya gedib-gəlirəm. Mən sadəcə olaraq göstərmək istəyirəm ki, öz yerimdə durmuşam, müstəqil insanam və məni harasa dəvət edirlərsə, müzakirələr faydalı olursa və mən də, bu işə öz töhvəmi verə bilirəmsə, bu proseslərdə iştirak edirəm. Vaxtı ilə bizdə müxtəlif jurnalist birlikləri var idi və mən bütün layihələrdə iştirak etmişəm. Başqa sözlə, cəmiyyətə töhvə verəcək bütün layihələrdə iştirak etmişəm. Bu, bir tərəfdən mənim vətəndaş mövqeyimdir. Ancaq jurnalist kimi bu mənə diskomfort yaradır. Çünki mən özümü müstəqil jurnalist sayıram. Lakin seçim edəndə düşünürəm ki, mən vətəndaş kimi bunu etməliyəm. Biz birinci olaraq vətəndaş, sonra isə hansısa peşənin sahibiyik. Mən elə etməyə çalışıram ki, ziddiyyət yaranmasın. Siz bizim yazılarımıza diqqət etsəniz görərsiniz ki,

bizdə Müsavata, AXCP-yə və ya hakimiyyətə üstünlük verilmir, eləcə də qarşıdurma yaratmırıq. Normalda mən jurnalist kimi bu fəaliyyətlə məşğul olmamalıyam. Əgər siyasi düzəndə normal vəziyyət olsaydı, bizim belə proseslərdə iştirak etməyimizə ehtiyac olmazdı.

- Mehman bəy, regionda, xüsusilə, Rusiyada baş verən prosesləri necə qiymətləndirmək olar, bu ölkədə nə baş verir?

- Rusiyada dərin iqtisadi böhrandır və bu uzun müddət davam edəcək. SSRİ dağılandan sonra Rusiya 1995-ci ilə qədər böhran yaşayıb. Bu ikinci güclü böhran dalğasıdır. Əlbəttə, Rusiyada 2008-ci ildə də böhran olub. Amma indiki böhran daha kritikdir. Hesab edirəm ki, Rusiya siyasəti, bu ölkədə baş verənlər, Rusiya-Ukrayna, Rusiya-Qərb münasibətləri, eləcə də prezident Putin administrasiyasının daxildə müxalifət və vətəndaş cəmiyyəti ilə olan problemləri böhrandan keçir. Rusiya dünyaya müəyyən qədər açıqdır. Amma fakt odur ki, Rusiya hər zaman qapalı siyasət yeritməyə üstünlük verib və orada da korrupsiya yüksək həddədir. Rusiya dünyada ikinci neft ixracatçısıdır, amma ölkə daima kritik vəziyyətdə yaşayıb. Rusiyada böyük daxili problemlər var. Rusiya demokratik dövlətə çevrilməsə, qanunun aliliyi təmin edilməsə, korrupsiyadan xilas olmasa, bu kimi problemləri yaşamaqda davam edəcək.

- Qərb-Putin qarşıdurması hansı nəticələr yarada bilər?

- Bu üzdə olan məsələlərdir. Mən hesab edirəm ki, Qərbin sanksiyaları, neftin ucuzlaşması əslində Putinin imicinin və reytinqinin güclənməsinə, eləcə də xalqın onun ətrafında birləşməsinə gətirib çıxarıb. Qərblə qarşıdurma, Ukrayna böhranı baş verməsəydi Rusiyada qaçılmaz inqilabi proseslər yaşanacaqdı. Bu prosesin necə başa çatacağını isə bilmək olmazdı. Rusiya nüvə silahının daşıyıcısıdır və bunun kimin əlinə keçəcəyi, ondan nə cür istifadə olunacağı qərbi çox narahat edir. Ona görə də elə vəziyyət yaradılıb ki, sanki Putinə qarşı

olan təzyiqlər və Putinin buna qarşı etdiyi kontur hücumlar daha çox daxili ictimaiyyət üçün hesablanıb. Yəni bizi məhv etmək istəyirlər, bunu Amerika və Avropa edir, odur ki, biz ac qalsaq da, birləşməliyik. Bu məsələdə Qərb də, Putin də böyük rol oynayır və hər iki tərəf də bundan faydalanır.

- Demək istəyirsiniz ki, bu razılaşdırılmış oyundur və ortada Ukrayna qurban gedir?

- Ukrayna qurban getmir. Ukrayna bu durumda demokratik islahatların aparılmasına məcbur edir. Müharibə Ukraynada demokratik islahatlara vacib edir. Müharibədən öncə, Yanukoviç zamanı Ukrayna əhalisi parçalanmışdı, 50 faiz Rusiyanı, 50 faiz Qərbi seçirdi. İndi Ukraynanın 80 faizi Qərb istiqamətində getməyi vacib sayır. Ukrayna iri miqyaslı islahatlara başlayır və bu 40 milyard dollarlıq maliyyə ilə dəstəklənir. Bu proses olmasaydı, Ukrayna 3-4 illik proqramlarla islahat apara bilməzdi. İndiki vəziyyət Ukraynanın normal dövlətə çevrilməsinə təkan verir. Yaxın 4-5 ilə Ukraynada çox şey dəyişəcək.

- Bunlar Ukraynaya Krımı itirmək, Donetski və Luqanska nəzarəti əldən vermək hesabına başa gələcək?

- Bunlar müvəqqəti haldır. Bu tipli problemlər Ukraynanı məcbur edəcək ki, sivil dövlətə çevrilsin. Bu torpaqlar geri qayıdacaq. İndilikdə bu sadəcə Ukraynaya təzyiq formasıdır. Necə ki, Qarbağdan bizə və Ermənistana, Abxaziyadan Gürcüstana, Dnestryanı ərazidən Moldovaya qarşı təzyiq rıçaqı kimi istifadə edilir.

- Qonşu Gürcüstanda siyasi rəqabət güclənir və hakimiyyət uğrunda yeni savaş başlayır. Bu prosesdən nə gözləmək olar?

- Normal prosesdir. Gürcüstanda sabah hakimiyyətdən narazılıq olsa, siyasi böhran yaşansa, bu ölkə parlament seçkilərinə gedəcək. Nəticədə yenidən seçkilər keçiriləcək, hakimiyyətə

Saakaşvilinin və ya indi hakimiyyətdə olan partiya gələcək. Əsas məsələ odur ki, sən xalqa xidmət edən qüvvəsənsə hakimiyyətdə qalırsan, yox əgər krizis yaradırsansa, başqası gələcək. Bu seçimi gürcü xalqı edir.

- Saakaşvilinin yenidən hakimiyyətə qayıtmasını gözləyirsinizmi?

- Belə bir ehtimal var. Daha doğrusu, onun partiyası hakimiyyətə gələ bilər, ancaq Saakaşvili prezident kimi gələ bilməz. Saakaşvilinin bundan sonra vəzifəyə gələcəyinə inanmıram. Çünki ənənə var, prezident olan şəxs baş nazir və ya nazir olmur. Gürcüstan parlamentli respublika sisteminə keçib və bu sistem işləyəcək. Tərəflər mübarizəni parlament çərçivəsində aparır, kimin hakimiyyətə gəlməsini də xalq müəyyən edir. Əgər hökumət parlamentdə güclüdürsə, uzun müddət hakimiyyətdə olacaq. Gördünüz, Gürcüstanda da devalvasiya prosesi getdi, ancaq bunu hökumət deyil, bazar müəyyən etdi və devalvasiya da bizdəki qədər olmadı.

- İran-Amerika münasibətlərində istiləşmə baş verir. Bu münasibətlərin yaxşılaşmasının Azərbaycana müsbət və mənfi təsirləri nədən ibarət ola bilər?

- İran-Amerika münasibətlərinin yaxşılaşması Azərbaycana müsbət təsir edəcək. İran qapalı cəmiyyətdir. Düzdür, bu ölkədə daxili demokratiya var, müxalifət mövcuddur. Özü də, sosial ədalət, təminat məsələləri normaldır. Ancaq İranda mövcud olan Xomeyni ideologiyasına qarşı çıxa bilməzsən. Bu da İranı izolyasiya vəziyyətinə salıb. Hesab edirəm ki, İran indiki sürətli gedişlər fonunda məcbur olacaq ki, sivil dövlətə çevrilsin, müəyyən dəyişikliklərə getsin. İran-Amerika danışıqları əsasən İranın gələcəyi ilə bağlıdır. İran yeni sistemə keçsə, Qərblə normal münasibətlər qursa, bizim üçün daha rahat vəziyyət yaranacaq.

- Türkiyədə parlament seçkiləri gözlənilir, daxili siyasi mübarizə alovlanıb, çoxları Ərdoğan komandasının bu seçkiləri uduzacağını düşünür. Sizcə, qardaş ölkədə hakimiyyət dəyişə bilərmi?

- Türkiyədə daxili siyasi mübarizə daima kəskin olur. Son parlament seçkiləri, Ərdoğanın prezident seçilməsi kəskin rəqabət fonunda baş vermişdi. İndi yaşanan siyasi mübarizə də yeni proses deyil. Ancaq məncə, çox şey insanların mövqeyindən asılı olacaq. Nəzərə alın ki, son parlament və bələdiyyə seçkilərində hətta Ərdoğan kabinetində korrupsiya ilə bağlı faktlar ortaya çıxdı. Bu seçki öncəsi Ərdoğanın mövqelərinin sarsıdılmasına yönəlmişdi, amma vəziyyət dəyişmədi. Çətin vəziyyətlərdən Ərdoğan komandası çıxa bilib. Ona görə ki, xalqın ona rəğbəti var. Türkiyədə seçkilər azad və halal keçirilir. İndi Türkiyənin davranışları, qonşulara təsirləri, enerji layihələrində aktiv iştirakı, iqtisadi böhranda mövqelərini qoruyub saxlaya bilməsi Ərdoğan hökumətinin effektiv işlədiyi göstərir. Hesab edirəm ki, vəziyyət belə davam etsə, parlament seçkilərində Ərdoğanın qalib gəlməsi şansı daha yüksəkdir.

Hüseyn ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “İyul ayında hakimiyyət islahatlar paketini cəmiyyətə təqdim edəcək”

    “İyul ayında hakimiyyət islahatlar paketini ...

    14-04-2015, 23:40

  • 
  • Mehman Əliyev həbsdə qaldı

    Mehman Əliyev həbsdə qaldı ...

    30-08-2017, 18:16

  • 
  • ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar verilib

    ​Mehman Əliyevin 48 saatlıq saxlanılmasına qərar ...

    25-08-2017, 11:30

  • 
  • ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – MEHMAN ƏLİYEVİN HƏBSİNDƏN SONRA

    ​“Turan” agentliyi fəaliyyətini dayandırdı – ...

    25-08-2017, 12:20

  • 
  • Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü

    Mehman Əliyev Kürdəxanı həbsxanasına köçürüldü ...

    25-08-2017, 20:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu