GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Atası araba sürən azərbaycanlı milyarder…

Atası araba sürən azərbaycanlı milyarder…

Tarix: 15-04-2015, 22:26 Bölmə :Ölkə Baxış: 0
Atası araba sürən azərbaycanlı milyarder…

AzVision.az Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun fəaliyyətinə nəzər salıb. Dostları, qohumları Mübariz Mənsimovla bağlı xatirələrini bölüşüb, onunla bağlı faktları açıqlayıblar.
İş adamının yaxın dostu, Masallı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Cəlil Nəzərov AzVision.az-a bildirib ki, Mübariz Mənsimov böyük biznesə sahib olsa da çox sadə insandır.
“Mübariz vətənə bağlı bir insandır. O, əsil azərbaycanlıdır. Biz tez-tez görüşürük. Həmişə mənə deyir ki, onu bu regionun ən savadlı insanları ilə tanış edim. Mübariz regiondakı uşaqların savadlı olmaları üçün əlindən gələni etməyə hazırdır.
İlk dəfə o, 2008-ci ildə bizim xəstəxanaya 95 min dollarlıq vəsait ayırdı. Mən Türkiyədə olan zaman Mübariz İstanbul Universitetinin Tibb Fakültəsi ilə danışdı. Nəticədə bizim xəstəxananın 20-yə yaxın işçisi orada kurs keçdilər”.

Atası araba sürən azərbaycanlı milyarder…

Dostu deyir ki, Mübariz Mənsimovun iki oğlu var. O, çox yaxşı atadır. Övladları ilə bağlı çox gözəl planları var. O, uşaqlarının təhsilli və savadlı olmasını istəyir. Uşaqlar hələ balacadırlar.
1968-ci ildə Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideynləri əslən Masallı rayonunun Miyankü kəndindəndir.
Məşhur azərbaycanlının fəaliyyəti ilə bağlı Nadir Aslanov adına Miyankü kənd tam orta məktəbinin direktoru Xudaqulu Tahirov da danışıb. O, direktoru olduğu məktəbin M. Mənsimovun vəsaiti ilə tikildiyini söyləyib:
“Məktəb 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü və Mübariz müəllimin vəsaiti hesabına tikilib. Mübariz müəllim kəndimizin fəxridir”.

Atası araba sürən azərbaycanlı milyarder…

X. Tahirov M. Mənsimovun doğma kəndi olan Miyankü üçün gördüyü işlərdən də söhbət açıb:
“O, kəndimiz üçün yol saldırıb, qaz çəkdirib, məscid tikdirib. Mübariz müəllim imkansız adamlara kömək edir. O, bizim məktəbə gəlir və problemlərimizlə maraqlanır. O, günün 20 saatını təyyarədə keçirir. Türkiyədən məktəbə çəkiliş qrupları göndərir. Buradakı vəziyyətlə maraqlanır. “Xəzər-Lənkəran” klubu və “Palmali” şirkəti haqqında çəkilən filmlərdə də məktəbimizin kadrları yer alıb. Mübariz müəllimin atası və anası kənddə olanda tez-tez məktəbə gəlirlər. Qardaşı Mais müəllim də kəndə gələndə bizimlə maraqlanır”.
Müsahibimiz cənublu milyarderlə bağlı xatirələrini də bölüşüb: “Mübariz müəllimlə ilk dəfə hələ məktəb tikilməmişdən öncə görüşmüşəm. Onunla məktəbin tikiləcəyi yerə getdik və söhbət elədik. Hələ o vaxtlar Mübarizin planları çox idi. O, indi Türkiyədədir. Bura tez-tez gələ bilmir.
Mübariz heç dəyişməyib. O, illər keçməsinə baxmayaraq, hələ də çox cavandır. Mübariz erməniləri heç sevmir. Ermənilər həmişə ona qarşı təxribat işlədiblər. Onun ailəsindən də çoxlu şəhid çıxıb.
Məktəbimizin adını daşıdığı şəhid Nadir Aslanov Mübariz müəlimin doğma əmisi oğludur. O, hətta Mübariz İbrahimovun nəşinin geri alınması üçün ermənilərə çox yüksək məbləğdə pul da təklif etmişdi. Şükür Allaha Dövlət başçımızın səyi nəticəsində onun nəşi ölkəmizə gətirildi”.
X.Tahirov bildirib ki, Mübariz Mənsimov kəndə gələndə hamı ilə maraqlanır, imkansız ailələrə pul verir. “Bir dəfə görüş zamanı kənd sakinlərindən biri ona imkansızlıq səbəbindən traxtorlarını satdıqlarını dedi. O, isə texnikanı satmağın kəndimiz üçün çox pis hal olduğunu söylədi. Mübariz müəllim sakinlərə hər zaman kömək edə biləcəyini dedi. Sonra o, bizə kömək etdi və bütün işlər qaydasına düşdü. Mübariz Mənsimov Allahı sevir. O vətəninə, dinə sadiqdir. Vətənpərvər bir oğlandır. Mübariz Bakıda təhsil alıb. O, yay aylarında kəndə gəlir. Meşəyə, dənizə gedir. At belində gəzməyi çox sevir. O, həmişə kəndimizdəki yaylaqda at sürür”.
Miyankü məktəbinin direktoru həmçinin M. Mənsimovun ailəsindən də söhbət açıb. O, azərbaycanlı milyarderin atası Qurban Mənsimovla da bağlı xoş xatirələrini bölüşüb: “Mübarizin atası Qurban kişi və mənim rəhmətlik atamın keçmişdə öküz arabaları var idi. Onlar araba sürürdülər. Mən uşaq olanda Mübarizin atasıgilin vəziyyətinin çox ağır olduğunu görürdüm, güclə dolanırdılar. Qurban əminin heç bir ali təhsili yoxdur. O vaxtı hamı kimi Qurban əmi də savadsız idi. Amma onun biliyə, savada və öyrənməyə qarşı həvəsi həddindən çox idi. İndi əmi ilə danışanda onun yüksək savada malik olduğu hiss edilir. Onun çox yüksək dünyagörüşü var. Qurban əmi ilə indi söhbət edən zaman onun kənd adamı olduğu hiss olunmur.

Atası araba sürən azərbaycanlı milyarder…

Keçmişdə kəndimizdə çəltik becərərdilər. Qurban əmi öz kəl arabası ilə camaatı daşıyardı. O vaxtlar maşın yox idi. Həmin arabalar nəqliyyat vasitəsi kimi istifadə olunardı. Qurban əmigil çox kasıb idilər. Onlar vəziyyətlərini düzəltmək üçün Bakıya köçdülər. O, dəniz limanında fəhlə kimi işləyirdi. Daha sonra orada ev aldılar, uşaqları dünyaya gəldi. Qurban əminin 3 oğlu və 6 qızı var. İndi o, kəndə gələndə həmişə məktəbin yanındakı çayxanda oturur. Bizi yanına çağırıb, söhbətləşir”.
Direktorun sözlərinə görə, Qurban Mənsimovun hazırda səhhətində müəyyən problemlər yaranıb:
“Qurban əminin indi ürəyində və gözlərində müəyyən problemlər var. O, Türkiyədə müalicə olunur. Əminin 80-nə yaxın yaşı var. O, yayda kəndə gəlir. Kənddəki yaşıdları ilə söhbət edən zaman tez-tez keçmişdə araba sürdüyü vaxtlardan söhbət açır. Söhbət zamanı o, heç kəsdən çəkinmədiyini və keçmişdə araba sürdüyünü deyir. Qurban əmi heç nəyi gizlətmir. Hər şeyi açıq-aşkar danışır. Mübarizin atası uşaqdan böyüyə qədər hər kəslə öz dili ilə danışır, heç kəsə yuxarıdan aşağı baxmır”.

Atası araba sürən azərbaycanlı milyarder…

Qeyd edək ki, 1968-ci il martın 22-də Bakı şəhərində anadan olan Mübariz Mənsimovun valideyinləri əslən Masallı rayonunun Miyankü kəndindəndir. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb.

Atası araba sürən azərbaycanlı milyarder…

Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır.

Atası araba sürən azərbaycanlı milyarder…

Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. “Palmali” 129 gəmisi ilə Aralıq dənizi, Ağ Dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır.
“Palmali”nin ən böyük müştərisi dünyaca məşhur olan “BP” şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür. Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahiblərilə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu “Palmali” Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir.

Atası araba sürən azərbaycanlı milyarder…

Mübariz Mənsimov “PalMedia” adlı şirkətin nəzdində 5 milyon dollar sərmayə ilə “Pal FM” radiosu və “Palhaber” adlı xəbər portalı da qurub. Milyarderin həyat yoldaşı abxaz əsilli Tamara Mənsimovadır.
Hafiz Əhmədov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib

    Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib ...

    15-03-2020, 23:59

  • 
  • Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı

    Mübariz Mənsimovun xanımıyla fotosu yayıldı ...

    12-07-2013, 00:02

  • 
  • Mübariz Mənsimov Metris həbsxanasında (FOTO)

    Mübariz Mənsimov Metris həbsxanasında (FOTO) ...

    9-01-2014, 13:23

  • 
  • Bu da Mübariz Mənsimovun yeni avtomobili-Fotolar

    Bu da Mübariz Mənsimovun yeni avtomobili-Fotolar ...

    17-09-2017, 19:58

  • 
  • Mübariz Mənsimov Türkiyənin məşhur klubunun prezidenti ola bilər - HƏTTA 50 MİLYON AVRO DA AYIRACAQ

    Mübariz Mənsimov Türkiyənin məşhur klubunun ...

    25-09-2019, 12:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu