GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İran nefti və qazının bazarlara sürətli və əhəmiyyətli çatdırılması gözlənilmir”

“İran nefti və qazının bazarlara sürətli və əhəmiyyətli çatdırılması gözlənilmir”

Tarix: 17-04-2015, 11:45 Bölmə :Ölkə Baxış: 0
“İran nefti və qazının bazarlara sürətli və əhəmiyyətli çatdırılması gözlənilmir”

Rasim Musabəyov: “İranla razılaşma BMT-də təsdiq olunmalıdır”

Suallara Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov cavab verib:

-Lozannada İranın nüvə texnologiyası ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib, razılıq əldə edilib. Bu prosesi necə şərh edirsiniz?

-Ötən həftə İran İslam Respublikasının Lozannada altı dövlətlə bağlı qapılar arxasında gərgin danışıqlar nəticəsində İranın nüvə proqramına aid olan “Birgə hərtərəfli iş planı” uyğunlaşdırıldı.Tərəflər bu istiqamətdə hələ konkret razılaşma hazırlamalıdır. Bu sənəd isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında təsdiq edilməlidir. Və bunun əsasında BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyaları geri çəkməsi mümkün olacaq. Lozanna danışıqlarından dərhal sonra analitiklər və kütləvi informasiya vasitələri iddia etdilər ki, Tehrann neft və qaz bazarını bu məhsullarla dolduracaq. Bu razılaşma ilə paralel olaraq neftin qiymətində enmə də müşahidə olundu, az sonra isə qiymətdə qalxma baş verdi. Şübhəsiz ki, İranla ilkin razılıq əldə edilsə də, bunu Amerika ictimaiyyətini inandırmaq, eləcə də İsrail tərəfini razı salmaq lazım gəlir. Onu da qeyd etmək lazımdır ki, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırmaq üçün Konqresin Barak Obama Administrasiyasına yaşıl işıq yandırması gərəkdir. Çünki bunun üçün Konqresin razılığı tələb olunur. O da bəllidir ki, Respublikaçılar Partiyasında əksəriyyət demokratlar tərəfindən irəli çəkilən İranla anlaşmaya qarşıdır. Eyni zamanda bildirilir ki, ən böyük Amerika energetika korporasiyaları, investisiyalar

və müasir texnologiyalar İrana tezliklə gəlməyəcək. Avropada şübhəsiz ki, İranın qanunvericilik sahəsində siyasəti və əlverişli investisiya mühitinin yaranması üçün gözləməyi üstün tutacaq. Beləliklə də, bazarlara İran neftinin və qazının çatdırılmalarının sürətli və əhəmiyyətli artımını gözləmək lazım gəlmir. Xüsusilə, nəzərə almaq lazımdır ki, hazırda İraqda faktiki olaraq müharibə gedir, Yəməndə vətəndaş müharibəsi başlayıb və Suriya məsələsi var. Yəməndə faktiki olaraq İrana və Səudiyyəyə bağlı qüvvələr üz-üzə gəlib. Bu da şübhəsiz ki, neftin ixracında regiona mənfi təsir gööstərir. Bu şəraitdə Amerikanın, İsrailin, Avropa Birliyinin və Türkiyənin hansı siyasət izləyəcəyi aydın deyil.

-Azərbaycan tərəfinin Lozanna razılaşmasına münasibəti necədir?

-Azərbaycan Xarici İşlər Nazirliyi Lozanna danışıqlarını müşahidə edirdi və əldə olunan razılaşmanı salamladı. İran bizim yaxın qonşumuzdur. Təbii ki, qarşıdurma, hərbi zərbələrin, təhdidlərin aradan qaldırılması regionda sabitlik baxımından yaxşı haldır. Bəzi yerli və xarici analitiklər hesab edirlər ki, nüvə texnologiyası ilə bağlı İranla əldə olunan razılaşma nəticəsində geosiyasi təsirin və güc mərkəzləri tərəfindən Azərbaycana maraq və diqqəti azaldacaq. Fikrimcə, bu spekulyativ yanaşmadır. Rəsmi Bakı zamanında doğru olaraq elan etdi ki, öz ərazisindən İrana qarşı düşməni hərəkətlər üçün istifadəyə icazə verməyəcək. Ancaq buna baxmayaraq, Tehran Azərbaycanın Amerika və İsraillə əlaqəsinə görə narazılığını ifadə edirdi. İndilikdə İran Azərbaycana münasibətində liberallaşma olmalıdır. Fikrimcə, İrana qarşı sanksiyaların aradan qaldırılması Azərbaycan-İran ticarət əlaqələrinə müsbət təsir göstərəcək, eləcə də əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinə imkan verəcək. Məsələn, dəmir yol dəhlizinin Astara vasitəsilə qurmaq və ya TANAP-a İran qazını cəlb etmək. Fikrimcə, İran təcrid olunmaqdan çıxmaq üçün

Azərbaycanla əlaqələrini genişləndirməlidir. Qeyd edim ki, Azərbaycan özünə yaxşı dostlar seçə bilib. Belə dostların coğrafiyası genişlənir, əhatə yalnız qardaş Türkiyə ilə məhdudlaşmır. Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri, bu ölkənin kralı ilə müzakirələr aparması, Pakistan prezidentinin bu yaxınlarda baş tutan müvəffəqiyyətli Bakı səfərini göstərmək olar.

- TANAP layihəsinin təməlqoyma mərasimi arxada qalıb. Bu qaz layihəsinin əhəmiyyəti nədən ibarətdir?

- Bu, üç dövlət tərəfindən gerçəkləşdirilən ilk layihə deyil. Son dövrlər Rusiya tərəfi də öz layihəsini təqdim etdi və bu layihə də son anda eyni nöqtəyə gəlib çıxmalıdır. Ancaq həm Türkiyə, həm də Avropa Birliyi rəsmiləri elan ediblər ki, onlar üçün prioritet layihə TANAP-dır. İndi bu layihənin həm hüquqi, həm maliyyə, həm də pay məsələsi işlənilib. Axırıncı məsələ o idi ki, layihədə bp 12 faiz pay alsın. Artıq bu məsələ də həll olunub. Hazırda inşa işlərinə başlanılıb və yaxın iki il müddətinə bu layihə işlək hala gətiriləcək.

- Layihənin siyasi əhəmiyyəti nədən ibarətdir?

- TANAP layihəsinin bir neçə üstünlüyü var. Birincisi, Azərbaycan əvvəllər də qardaş Türkiyənin qaz bazarına daxil olmuşdu və Gürcüstana qaz ixrac edirdi. Bu layihə ilə Azərbaycan Avropa qaz bazarına daxil olmaq imkanı əldə edəcək. Bunun həm də iqtisadi əhəmiyyəti var. Neftin hasilatının azaldığı dövrdə biz energetika bazarında qaz ixracatçısı kimi çıxış edəcəyik. Bu, həm maliyyə baxımından bizim üçün vacibdir, həm də bəllidir ki, Azərbaycanın siyasi gücü və rolu beynəlxalq aləmdə enerji resurslarımıza söykənir. Qazın olmağı təkcə şərt deyil. Onu bazara da çıxartmalısan. Bunun üçün həm də etibarlı istehsalçı kimi çıxış edə bilməlisən.

Azərbaycan bu layihəni gerçəkləşdirməklə həm də dünyada etibarını möhkəmləndirmiş olur. Məsələnin siyasi əhəmiyyəti bundan ibarətdir. Biz həm qazımızı satmaqla maliyyə əldə edirik, həm də siyasi baxımdan mövqelərimizi gücləndiririk. Digər tərəfdən, biz Türkiyə ilə qardaş və çox yaxın dövlətlərik. Ancaq bu qardaşlığı və müttəfiqliyi möhkəmlətmək üçün müəyyən iqtisadi və energetik tellərə ehtiyac var. Bu layihə də Azərbaycan və Türkiyəni bir-birinə bağlayan sıx teldir.

- Rusiyanın Türkiyə üzərində həyata keçirmək istədiyi qaz layihəsinin baş tutma ehtimalı nə dərəcədədir?

- Hələlik bu, söz razılığıdır. Əslində, tərəflər arasında ortada hüquqi öhdəliyi olan heç bir sənəd yoxdur. Söhbət ondan gedir ki, Rusiya “Cənub Axını” layihəsinin tam həllini gözləmədən sifarişlər verib və boruların da pulunu ödəyib. Eləcə də, öz xəttini də Qara dənizə qədər gətirib çıxarıb. Başqa sözlə, xərclərin 40 faizini ödəyib. İndi bu borulardan istifadə olunmasa, demək olar ki, faktiki minusa gediləcək. Ona görə də, düşünürəm ki, birinci xəttin gerçəkləşdirilməsi şansları kifayət qədər yüksəkdir. Həm də Rusiyanın son zamanlar irəli sürdüyü bu layihə təşəbbüsü, əslində, təkcə Türkiyəyə hesablanan məsələdir. Ona görə ki, Türkiyə indi Rusiyadan 25 milyard kubmetr qaz alır. Bunun 8 milyardı Mavi Axınla, qalanı isə Ukrayna-Bolqarıstanı keçməklə Türkiyəyə daxil olur. Əslində Rusiyanın təklifi İstanbul və onun ətrafında olan qaz istehlakçılarına hesablanan addımdır. Bu da, Azərbaycan qazı üçün elə bir rəqabət yaratmır. Bu layihə Türkiyənin tələbatını ödəməyə hesablanıbsa gerçəkləşəcək, lakin bu layihənin genişlənməsi kifayət qədər çətin və açıq məsələdir. Bunun üçün maliyyə lazımdır, bu qazın alıcısı olmalıdır. Bizim TANAP-dan sonra TAP layihəmiz var. Rusiyanın təklif etdiyi layihənin isə Türkiyədən sonra hara gedəcəyi məsələsi açıq qalır.

- Bolqarıstan tərəfi NABUKKO layihəsini də gündəmə gətirir...

- Əslində, bu təklifi Bolqarıstan səsləndirib, biz də buna etiraz etmirik. Sadəcə bu da vacib idi. Çünki Yunanıstanın yeni hakimiyyəti populist, qeyri-peşəkar, şantaja bənzər hərəkətlərə meyllidir. Borcları ödəməyəcəkləri, şərtləri dəyişəcəkləri haqda iddialarla çıxış edirlər və bu da qəbuledilməzdir. Ona görə də, düşünürəm ki, Bolqarıstan tərəfi NABUKKO məsələsini gündəmə gətirdi, cənab Prezident də buna etiraz etmədi. Fikrimcə, bu, həm də Yunanıstan tərəfinə mesajdır. Yəni, sən şərtləri pozan tərəf kimi çıxış etdiyin halda, alternativ layihə meydana çıxa bilər.

- ABŞ dövlət katibi Con Kerri Suriya müharibəsinin 5-ci ilində elan edib ki, Bəşər Əsədlə danışıqlar masasında əyləşməliyik. Bunu necə anlamaq olar?

- Amerika reallıqları anlayır. Suriyada proseslər idarə olunmayan bir duruma gəlib çıxıb. Əsədin fəaliyyəti isə bunun fonunda qəbuledilməyən şəxs kimi görünmür. Amerika elan etməsə də, İraqda və Suriyada vəziyyəti stabilləşdirmək məqsədilə İranla uzlaşma prosesinə başlayırsa, təbii ki, bu fonda Bəşər Əsədin də yeri olacaq.

- Amerika Suriyada İŞİD-ə qarşı Bəşər Əsədlə anlaşacaq?

- Xeyr. Düşünmürəm ki, bu belə olsun. Ancaq hesab edirəm ki, Bəşər Əsəd də bir faktor kimi Suriyada proseslərin sabitləşdirilməsi gedişlərində nəzərə alınacaq. Biz gördük ki, Bəşər Əsəd Qəddafidən, Hüsnü Mübarəkdən, Bin Əlidən və digərlərindən fərqli olaraq sübut etdi ki, onun silahlı qüvvəsi və

siyasi dəstəyi var. Odur ki, Suriyada Əsədi faktor kimi nəzərə almaq qaçılmazdır.

- Ermənistanda siyasi hakimiyyət dəyişəcəkmi, Sərkisiyan indi daha çox konstitusiya islahatları haqqında düşünür?

- Hiss edilir ki, Serj Sərkisyan hakimiyyəti əlindən buraxmaq istəmir. Bunun da səbəbi var. 2007-ci ildə keçirilən seçkilərdə Qarabağ klanı qarşısında böyük təhlükə kimi Levon Ter-Petrosyanı görürdü. Bu səbəbdən Köçəryan hakimiyyəti Sərkisyana ötürməyi məqbul hesab etmişdi. İndi isə Sərkisyanın qarşısında müxalifətdən rəqib yoxdur. Onun üçün əsas təhlükə elə Köçəryanın qayıtması idi. Ancaq Sərkisyan bu təhlükəni aradan qaldıra bildi. Əvvəllər gözləyirdilər ki, Köçəryan nə yığıbsa, Sərkisyan ona dəyməyəcək və özü üçün yenidən sərvət toplayacaq. Ancaq indi Ermənistanda qazanc imkanları məhdudlaşır. Sərkisyan bilir ki, hakimiyyətdən getdiyi təqdirdə, yeni hakimiyyətin qazanmaq imkanları olmayacaq, çünki bunun üçün Ermənistanın resursu yoxdur. Odur ki, yeni hakimiyyət çalışıb Sərkisyanın sərvətini ələ keçirəcək. Bu səbəbdən Sərkisyan və ona sadiq qüvvələr hakimiyyəti vermək niyyətində deyillər. Sərkisyan konstitusiya islahatlarına getməklə çalışır ki, idarəçilik bilavasitə əlində olmasa da, özünün hakimiyyətə nəzarətini saxlaya bilsin. Hiss olunur ki, Sərkisyan hakim partiyanın sədri qismində spiker postunu tutmaq istəyir. Onun planına görə, Ermənistanda hər şeyi qarabağlıların etdiyini göstərməmək üçün ola bilsin ki, prezident Ermənistan vətəndaşı olsun. Ancaq şübhəsiz ki, burada əsas məqsəd yığdığını qoruyub saxlamaq və hakimiyyətdə böyük pay sahibi olaraq kiminsə onu təftiş etməsinin qarşısını almaqdır.

Hüseyn ABBASOĞLU

www.gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • ABŞ İranla nüvə sövdələşməsindən çıxdı

    ABŞ İranla nüvə sövdələşməsindən çıxdı ...

    9-05-2018, 11:38

  • 
  • BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları humanitar yardımlara şamil olunmamalıdır

    BMT məhkəməsi: ABŞ-ın İrana qarşı sanksiyaları ...

    3-10-2018, 14:27

  • 
  • Tramp: ABŞ İrana qarşı sanksiyaları 'əhəmiyyətli dərəcədə' artıracaq

    Tramp: ABŞ İrana qarşı sanksiyaları 'əhəmiyyətli ...

    11-07-2019, 13:23

  • 
  • İranla nüvə razılaşmasına dair prezident Trampa məktub ünvanlanıb

    İranla nüvə razılaşmasına dair prezident Trampa ...

    9-01-2018, 10:46

  • 
  • ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi

    ABŞ İranla gizli danışıqlar apardığını təsdiqlədi ...

    24-11-2013, 12:01


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (315)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu