ABŞ-ın keçmiş hərbi rəsmiləri, Konqres üzvləri, keçmiş səfirlər və təhlükəsizlik ekspertlərinin də daxi olduğu 52 nəfərdən ibarət qrup prezident Donald Trampa məktub ünvanlayaraq, İranla beynəlxalq nüvə razılaşmasının pozulmasına yol verməməyə çağırıb.
Tramp bu həftə razılaşma ilə bağlı son möhlətlə qarşılaşır. Buraya 2015-ci ildə əldə edilmiş razılıq nəticəsində aradan qaldırılmış neft sanksiyalarının yenidən tətbiq edilib-edilməməsi haqda qərar da daxildir. Tramp qərarı İran hökuməti ölkədə iqtisadi çətinliklər və korrupsiyaya görə baş qaldırmış etirazlarla məşğul olduğu bir vaxt verməlidir.
İranda baş verən hadisələrə cavab olaraq, indi və gələcəkdə Birləşmiş Ştatlar bizim milli təhlükəsizliyimiz üçün həyat əhəmiyyətli nüvə sazişinin pozulmasına yol verə biləcək heç bir addım atmamalıdır. ABŞ prezidentinə ünvanlanmış məktub İranın nüvə silahlarının qarşısının alınmasına dair Milli Koalisiya tərəfindən hazırlanıb. Məktuba Senatın Xarici Əlaqələr Komitəsinin keçmiş sədri, respublikaçı senator Riçard Luqar, respublikaçı prezident Corc Buş oğulun hakimiyyəti dövrü Maliyyə naziri olmuş Pol O`Nil, Milli Təhlükəsizlik Agentliyi və Mərkəzi Kəşfiyyat Agentliyinin keçmiş direktoru Maykl Hayden və Xüsusi Təyinatlı Qüvvələrin keçmiş komandiri, admiral Erik Olson imza atıb.
“Biz İran xalqının söz və dinc toplaşmaq azadlıqlarına hörmət edirik və dinc nümayişlərə qarşı güc tətbiq edilməsini qınayırıq. İranda baş verən hadisələrə cavab olaraq, indi və gələcəkdə Birləşmiş Ştatlar bizim milli təhlükəsizliyimiz üçün həyat əhəmiyyətli nüvə sazişinin pozulmasına yol verə biləcək heç bir addım atmamalıdır,” məktubda bildirilir.
Sorğu
Yeni dizaynımız necədir?