Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, Rusiyada yanğınlar dalğası davam etməkdədir.
Musavat.com-un müxtəlif sosial şəbəkə istifadəçilərinə (tvitter, facebook) istinadən verdiyi xəbərə görə, bir neçə saat öncə yanğın dalğası Rusiyanın Blaqoveşensk şəhərinə yaxınlaşıb. Sosial şəbəkə istifadəçilərinin iddialarına görə, artıq şəhər alova bürünməyə başlayıb.
Məlumat üçün bildirək ki, Blaqoveşensk şəhərinin 250 min nəfər əhalisi olduğu bildirilir. Və bu şəhər Çinlə sərhəddəki Amur vilayətində yerləşir.
Onu da qeyd edək ki, Blaqoveşensk şəhərinin alovlara bürünməsi haqqında məlumatı Azərbaycanda hər kəsin çox yaxşı tanıdığı, Moldovanın ombudsmanı Aurelia Qriqoriu da facebook səhifəsində paylaşıb.
Aurelia Qriqoriu Rusiya prezidenti Vladimir Putinin canlı yayımda jurnalistlərin qarşısına çıxmasına eyham vuraraq, onun mətbuat nümayəndələri ilə bu görüşünün Blaqoveşensk şəhərinin yandığı saatlara təsadüf etməsinə irad bildirib və Rusiya prezidentinin canlı yayımda idarə etdiyi ölkənin 250 minlik şəhərinin yanması haqqında bir kəlimə belə danışmamasını bağışlanılmaz qüsur kimi qabardıb və bundan təəccübləndiyini vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?