Rusiyanın faydalı qazıntıların axtarışı və hasilatı ilə məşğul olan “Geologix Group” şirkəti Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində qızıl hasilatına başlamağa hazırlaşır.
Bu barədə şirkətin yaradıcıları Nikita Koçev və Pavel Kopıtin məlumat yayıblar. Onlar “Секрет фирмы” jurnalının müxbiri Nastya Çernikovaya açıqlamalarında belə deyiblər.
Koçev və Kopıtin bildiriblər ki, onlara Ermənistandakı qızıl yatağında hasilata başlamaq üçün lisenziya almaq barədə təklif daxil olub. Həmin vaxt isə başqa bir ideya da meydana çıxıb: Dağlıq Qarabağdakı digər qızıl yatağında da işə başlamağı nəzərdən keçirmək.
Jurnal yazır ki, sovet vaxtı Azərbaycanda aparılmış geoloji kəşfiyyat ekspedisiyaların nəticələrinin göstərdiyinə görə, Qarabağ bölgəsində 1250 ton qızıl, 4550 ton gümüş, 1,84 milyon ton mis, 660 min ton qalay və digər əlvan metal ehtiyatları var: “Bu yataqlara sahiblənmək çox asandır, çünki tanınmamış respublikada praktiki olaraq rəqabət yoxdur. Həmin filiz yataqlarının sahibi “Dağlıq Qarabağ Respublikası” müdafiə nazirinin müavinidir. O, tərəfdaşları “DQR” “prezidenti” Bako Saakyanla görüşə də dəvət edib”.
Koçevlə Kopıtin jurnala açıqlamalarında onu da bildiriblər ki, onların şirkəti artıq yayda Dağlıq Qarabağda qızılın sənaye üsulu ilə hasilatına başlamağı planlaşdırır.
Virtualaz.org saytı bu informasiya ilə, ümumyyətlə, separatçı rejimlə əməkdaşlığın mümkün olub-olmaması ilə bağlı “Geologix Group” şirkətinin yaradıcılarından olan Nikita Koçevə sorğu göndərib. Lakin rusiyalı biznesmen suala konkret cavab verməkdən yayınaraq şirkətin mətbuat xidmətinə müraciət etməyi məsləhət gördü.
Şübhə yoxdur ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyi bu məsələ ilə ciddi məşğul olacaq və adıçəkilən şirkətdən Azərbaycan qanunlarına əməl etməyi tələb edəcək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?