"Anglo-Asian Mining plc" (ААМ) şirkəti Azərbaycanda mis və qiymətli metallar istehsalı üzrə yeni flotasiya fabrikini işə salıb. Trend-in şirkətə istinadən verdiyi məlumata görə, bunu AAM-ın baş direktoru Rza Vəziri deyib.
Onun sözlərinə görə, fabrikin buraxılış qabiliyyəti saatda 90 ton təşkil edir: "Hazırda metalların bərpası prosesini istehsal edilən konsentratın keyfiyyətini optimallaşdırırıq".
AAM bu il fabrikdə 5 min unsiya qızıl və 1,2 min ton mis hasil etməyi planlaşdırır. Fabrik qızıl və mis hasilatının həcmini artırmağa imkan verəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?