Bakıda 20 yaşlı gənc məktəbli qızı öldürüb. APA TV-nin məlumata görə, hadisə Bəhruz Nuriyev küçəsi, 81 ünvanında qeydə alınıb.
Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində İzzət Hüseynov tutulub. O, ilkin ifadəsində bildirib ki, Aytac Babayevanı sevsə də, ailəsi qızı dayısı oğlu ilə evləndirmək niyyətində imiş. 20 yaşlı gəncin sözlərinə görə, Aytac Babayevanı "ondan başqasına qismət olmaması" üçün öldürüb.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?