Məhkəmə Aytacın qatilinin şikayəti üzrə qərar açıqlayacaq
Bakı Apelyasiya Məhkəməsində sevdiyi qızı - Aytac Babayevanı qətlə yetirməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Hüseynovun kasasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Ötən ilin aprelin 29-da Nizami rayonu, Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan narazılıq zəminində baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İzzət Hüseynov apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.
Həmçinin Aytac Babayevanın anası Gözəl Babayeva qızını öldürən İzzət Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsi barədə də apelyasiya şikayəti verib.
Apelyasiya şikayətləri hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada araşdşırılır. Mərhum qızın anası çıxış edərək apelyasiya şikayətini müdafiə edib. O, cəzanın az olduğunu və İzzət Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?