Ötən gecə paytaxtın Nobel prospektindəki 9 mərtəbəli binanın fasadının tamamilə yanması, daha sonra Bakının Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl bazar" yaxınlığında başlayan yanğın hadisəsi bu yanğınların səbəbinin araşdırmağımıza səbəb oldu. Yanğının sürətlə yanması və yanğın zamanı aləmi yanğın iyindən çox ərimiş rezin iyinin bürüməsi olduqca müəmmalı məsələ idi.
Məlum oldu ki, bu binaları konfet kağızı kimi bəzəyən Bakı merinin əl işlərinin baris nümunəsidir. Yəni etiraf etməsəm olmaz ki, Bakı meri bu əməli ilə bir daha qənaətcil icra başçısı kimi fərqlənməyi bacardı... Onu anlamaq olar. Yazıq mer neyləsin, gedib köhnə dam-daşı mərmərlə bəzəməlidir? O da, gedib köpük və plastikin sintezindən alınana penoplastdan istifadə edib. Etiraf etmək gərəkir ki, ekspertlər dəfələrlə mediada çıxış edərək, binaların penoplast materialı ilə üzlənməsinin çox təhlükəli olduğunu vurğulayıb. Səbəb isə bu materialın kağız kimi yanma xüsusiyyətinə malik olmasıdır. Bir çox dövlətlərdə penoplasta məhz hansı sahədə istifadə olunması məsələsini də araşdırdıq. Məlum oldu ki, penoplast Azərbaycana İtaliya, Türkiyə adı altında gətirilsə də, məhz Çin məhsulu hesab olunur. Amma penoplastın vətəni Çin olsa da, orada belə tikinti sahəsində penoplastdan istifadə olunmur. Ümumiyyətlə, çox az sayda dövlətlər pullarına qənaət etmək məqsədi ilə camaatın həyatını riskə atmağa cəhd edir. Bunlardan biri də əfsuslar olsun ki, Azərbaycandır.
Misal üçün, Rusiyada və digər böyük dövlətlərdə penoplastın tez alışan material olmasını nəzərə alaraq, onu sadəcə dənizdə xilasedicilərin istifadə etdiyini və ya texniki avadanlıqların satışı zamanı sınmaması üçün qutulara yerləşdirilərkən istifadə olunur. Rusiya mütəxəssisləri hesab edir ki, bu materialın başlıca özəlliyi odur ki, material hava buraxmır. Yəni soyuğun qarşısını almaq üçün də istifadə oluna bilinər. Amma dönə-dönə təhlükəli olduğunu da bildirirlər və bunu istifadəsini bir növ qadağan da edirlər. Bizim binaların gözəl görünməsini təmin etməyə cəhd edən meriyamız binaların üzlənməsi məsələsini üzünə-gözünə bulaşdırması bir yana, hələ bu inşaat işində işləyənlər belə həmin penoplastdan mənzillərdə otaqların arakəsməsində də istifadə edirlər. Bəli, üzlük üçün istifadə olunan penoplastdan fərqli olaraq, arakəsmə üçün istifadə olunan penoplast material nistbətən qalındır.
Amma yenə də, ucuz başa gəlməsi üçün insanların həyatını riskə atmaq olmaz. Hə indi də gələk, bir az əvvəl qeyd etdiyimiz kimi yanğın zamanı
aləmi bürüyən ərimiş rezin iyinə. Məlum olduğu kimi, kimyəvi maddələrdən süni yolla istehsal edilən penoplast material alışan zaman qorxulu zəhər istehsal edir. Bunun fərqində olan inşaat sektoru və icra hakimiyyəti penoplastdan istifadə edirsə, buna sizcə, nə ad qoymaq olar? İki-üç manat artıq vəsaitə sahib olmaq adına, bu qədər insanın həyatı ilə oynamağa onlara kim haqq verib? Maddi vəsaiti düşünüb, insanların təhlükəsizliyini düşünməyən bu cür insanların əməllərinə nə ad verilməlidir? Yaxşı, deyək ki, icra hakimiyyəti və inşaat sektorunda çalışanlar sadəcə öz ciblərini düşünüb. Bəs Fövqəladə Hallar Nazirliyi bu durumda hara baxıb? Bildiyimiz qədəriylə hər bir inşaat zamanı ərazidən tutmuş istifadə olunacaq materiallara qədər Fövqəladə Hallar Nazirliyinin tam nəzarəti və razılığı ilə icra olunmalıdır...
Elə binaların üzlənməsi məsələsində də... Bu gün bir çox ekspertlərin və millət vəkillərinin həmin xətadan bina alışandan sonra, 408-dən çox ailənin zərər çəkməsindən sonra penoplast materialla binaların üzlənməsinin əleyhinə fikirlər söyləyirlər. Cənablar, bu fikirləriniz boş havaya səslənmiş fikirlərdən başqa bir şey deyil. Nə üçün 8 aydır paytaxta binaların üzlənməsi davam etdiyi halda, həmin fikirləri səsləndirən millət vəkilləri bu məsələni Milli Məclisdə bir dəfə də olsa, müzakirə obyektinə çevirmədi? Axı hörmətli millət vəkilləri, sizlər bizlərin maraqlarımızı və təhlükəsizliyimizi düşünmək adına bu gün deputat kürsüsündə əyləşmisiniz. Nə üçün heç kəs, bütün bu olanlarda Fövqəladə Hallar Nazirliyinin diqqətsizliyini vurğulamır?
Biz bəzi üzdəniraq mətbuat orqanları kimi kürsülülərin mediadakı “savaş arenasın”dan deyilik. Sadəcə olan hadisəni lazımi kimi qiymətləndirmək və insanların təhlükəsizliyinin gələcəkdə təmin olunması adına bunları açıqlamaq sorundayıq. Bu gün Bakı meri Hacıbala Abutalıbova binaların üzlənməsi həvalə oluna bilər. Bu gün Hacıbala Abutalıbov maddiyyat güddüyündən ən ucuz və keyfiyyətsiz materialdan da istifadə edə bilər. Bəs bütün bunların baş verdiyi zaman onlara nəzarət edəcək orqanın nə işlə məşğul olması maraqlıdır. Nədənsə həyətyanı sahələrdə öz təhlükəsizliyini düşünüb özləri üçün ev tikən əhaliyə həm bələdiyyə, həm icra hakimiyyəti, həm həmin sahəyə baxan kənd soveti və sairə tərəfindən diqqət daha çox ayrılır...
El dili ilə desək, “ev tikərkən biri gedib, biri gəlir”. Guya sözdə yoxlama aparsalar da, axırı nəzarət edən olur. Hələ bir adamdan “hörmət” də tələb edirlər. Qonşu qonşusunu ev tikən görəndə, artıq “mübarəkdir”in yerinə, ilk sualı “Kənd sovetinə nə qədər hörmət elədin?” olur. Görünür, bu forma mənzillərin inşası zamanı da istifadə olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?