Azərbaycanlılar uzun illərdir tarixi qəhrəmanları Sattarxan və Şeyx Məhəmməd Xiyabanının məzarını Təbrizə gətirə bilmir, buna səbəb İran rejiminin maneçilik törətməsidir.
Tehranda Azərbaycanın tarixi şəxsiyyətləri üçün nəinki onlara məzar qoyulmayıb, hətta olduqca sadə olan məzarları da dağıdılır. Sattarxanın məzarı yaxınlığında yerləşən mərhum Şeyx Məhəmməd Xiyabanının məzarı dağıdılıb. Onun məzarı ətrafında natəmiz əşyalar da müşahidə olunur. Əldə edilən görüntülər mərhumun məzarının hansı vəziyyətə olduğunu göstərir. Qeyd edək ki, Şeyx Məhəmməd Xiyabani, İran Azərbaycanında milli-azadlıq hərəkatının rəhbəri, mütəfəkkir və siyasətçi olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?