Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş nazirin oğlu Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun ürək tutmasından deyil, Yəmənin Marib vilayətində silahlı toqquşma zamanı öldürüldüyünə dair məlumat yayılıb.
gundemxeber.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat verən mənbə bildirib ki, şeyx Yəmən inqilabçı qüvvələrinin hücumu nəticəsində ölüb:
“Şeyx Rəşid və bir qrup BƏƏ hərbçisi Marib vilayətində Yəmən qüvvələrinin “Katyuşa” hücumu nəticəsində öldürülüb. Onun ürək tutmasından ölməsi xəbərinin yayılmasında məqsəd isə BƏƏ ordusunun Yəməndən çıxarılmasını tələb edən BƏƏ xalqını aldatmaqdır”.
Ərəbdilli “əl-Ain” xəbər saytı da “Ansar-Allah” qruplaşmasına yaxın insanlara istinadən şeyxin öldürüldüyünü yazıb.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin aparatı Dubay rəhbərinin 34 yaşlı oğlu şeyx Rəşid bin Məhəmməd əl Məktumun ürək çatışmazlığından dünyasını dəyişməsi barədə məlumat yayıb. Şeyxin ölümü ilə bağlı BƏƏ-də üç günlük matəm elan olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?