GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hakimiyyətdə ziddiyyətlər varmı?...

Hakimiyyətdə ziddiyyətlər varmı?...

Tarix: 6-05-2015, 00:41 Bölmə :Ölkə Baxış: 0
Hakimiyyətdə ziddiyyətlər varmı?...

İnformasiya məkanında hakimiyyətdə təmsil olunan qüvvənin (“elita”nın) ayrı-ayrı personajlarının bir-biri ilə çəkişməsi barədə mühakimələr yürütməyi sevirlər. Sanki nomenklaturada çatlar var. Və guya bu ziddiyyətlər “yuxarıdan inqilab” ssenarisini gerçəkləşdirə bilər.

Belədirmi? Çətin ki. Bu hakimiyyətdaxili “mübarizə” şişirdilmiş mifdir. Eynilə sovet dönəminin bir lətifəsindəki kimi...

Erməni radiosundan soruşurlar: “Doğrudur ki, akademik Ambarsumyan lotereyada “Volqa” maşını udub?”

Radio cavab verir: “Əvvəla, akademik Ambarsumyan yox, futbolçu Ambarsumyan. İkincisi, “Volqa” yox, ətçəkən maşın. Üçüncüsü, lotereyada yox, qumarda. Dördüncüsü, udmayıb, uduzub”.

Bizdə də vəziyyət oxşardır. Yuxarı eşelonun ayrı-ayrı fərdləri arasında sırf şəxsi müstəvidə, yaxud biznes maraqlarından qaynaqlanan ziddiyyətlər ola bilir və var da. Ancaq bu narazılıqların rolunu şişirtmək əsassız illüziyalara qapılmağa bənzəyir. Azərbaycanda aşağılar sinfi şüurdan məhrum olduğu halda yalnız yuxarılarda bu şüur yetərincə inkişaf edib. Elə bu da onların zahirdəki narazılıqlarının antaqonist ziddiyyətlərə keçməyəcəyinə təminat verir.

Bir sözlə, hazırda Azərbaycanda “yuxarıdan inqilab” üçün ciddi zəmin yoxdur. Çünki ciddi narazılıqlar üçün səbəblər yoxdur. Üzdə olan ziddiyyətlər isə ümumi təhlükə qarşısında yenidən birliklə əvəzlənəcək.

Hakimiyyətdə ziddiyyətlər varmı?...

1988-ci ildə ciddi narazılıq vardı. Çünki bürokratlar dövlət mülkiyyətinə sahib çıxmaq istəyirdi. Bunun üçün isə Sistem yıxılmalı idi. Və həmin səbəbdəndi ki, “Meydan hərəkatı” zamanı yüz minlərlə nümayişçi hər gün ərzaqla təmin olunurdu. Dövlət mülkiyyətindən başqa mülkiyyət formasının olmadığı və bütün istehsalın dövlətin əlində cəmləşdiyi bir zamanda nümayişçiləri bu nomenklaturanın özündən başqa kim təmin edə bilərdi ki? Heç kim.

1993-cü ildə də bu narazılıq vardı. Yenə də iqtisadi hakimiyyəti ələ keçirmək üçün siyasi hakimiyyət devrilməli idi. Və nomenklaturadakı dərin çatlar olmadan bu, mümkünsüz olardı.

Hakimiyyətdə ziddiyyətlər varmı?...

2005-ci ildə də “yuxarıdan inqilab” şansı vardı. Yeni hakimiyyət əvvəlkinin varisi, prezident isə əvvəlkinin genetik kodunun daşıyıcısı olsa da sonuncuya öz komandası lazım idi. Odur ki, narazılar Əli İnsanov və Fərhad Əliyevin timsalında kənarlaşdırıldı.

İndi isə hakimiyyət kadrlarının bütün arzuları reallaşıb. Yuxarıdakıların həm öz mülkiyyəti, həm də hakimiyyəti var. Daxili çəkişmələr normal çərçivələrdən kənara çıxmır, çünki bu adamlar özlərinin düşməni deyillər və hamının hamıya qarşı nəzarətsiz mübarizəsinin təhlükəsini anlayırlar.

Çətinlik yalnız bundan sonra - muzdlu işçilərin istismarı hesabına əldə olunan ifrat yüksək gəlirlərin durmadan artmasının təmin edilməsində ola bilər. Hər il milyonlar toplayan istismarçı gələn il cəmisi 1 milyon qazansa, bunu faciə kimi qəbul edər. Deməli, heç olmasa rəqəmin sabitliyini qoruyub saxlamağa çalışacaq.

1990-cu illərdə bu cür problem yox idi. Çünki bürokrat-burjuaziya ilk növbədə SSRİ-dən qalmış dövlət mülkiyyətini öz mülkiyyətinə çevirmək hesabına varlanırdı. Həmin mülkiyyət artıq çoxdan özəlləşdirilib, dağıdılıb, satılıb. Yəni tükənib.

“Sıfırıncı illər”də (2001-2010) də oliqarxiyanın bəxti gətirdi - enerjidaşıyıcılarının qiymətinin durmadan artması onların iştahasını təmin edirdi. Bu, həm də muzdlu işçilərin ifrat istismarının da tormozu rolunda çıxış edirdi - işçiləri ifrat sıxmağa ehtiyac yox idi.

Bəs sonra? Enerjidaşıyıcılarının dünya qiymətləri düşməkdə davam etsə, yaxud indiki qlobal böhran daha da dərinləşsə, onda nə olacaq?

Onda muzdlu işçiləri daha çox işləməyə və daha az maaş almağa məcbur edəcəklər.

Bu, artıq çoxdan start götürmüş prosesdir. Neft, qaz, metallurgiya sənayesi işçilərinin ixtisarı, qalanların isə maaşlarının azaldılması... Təqaüd yaşının artırılacağı haqda xəbərlər... İş adamlarının fəaliyyətini yoxlamaq hüququ olan qurumların sayının fantastik rəqəmə çatması... Bunlar istismarın artıb gəlirlərin azalacağının “ilk qaranquşları” idi.

Heyf ki, bunlar analiz olunmur. Halbuki hər birimizə aid tendensiyadır. Maaşları azaldacaq, qəbirə gedənə qədər işləməyə məcbur edəcəklər, bahalaşma hər sahədə və fasiləsiz olacaq. Ancaq bizim vətəndaşlarımız üçün bu, sadəcə qaçılmaz şərdir. Pisdir, ancaq neyləmək olar ki?! Burjuylar deyirsə ki ödə - ödəyəcəyik.

Təbii ki, bu, sosial narazılığı dözülməz edə və inqilabi şəraitə aparıb çıxara bilər. Optimist variantda, “elita” parçalanar və yuxarıdan islahatlara getməyə məcbur ola bilər. Ancaq hətta bu, baş verərsə də oliqarxlara inanmağa heç bir əsas yoxdur. Yəni “yuxarılar”ın dəyişikliklərin əleyhinə olan “mühafizəkarlar”a və yenilikçi “mütərəqqilər”ə ayrılacağı mifdir. Personajlar fərqlənəcək, mövqelər və mahiyyət isə yox.

Hakimiyyətdə ziddiyyətlər varmı?...

Deməli, yalnız aşağıların etirazları vəziyyəti radikal dəyişə bilər. Bəs onu kim edəcək? Müxalifət gücsüzdür. Ölkədə siyasi sektor dağıdılıb. Ənənə müxalifəti hakimiyyətin nəzarətindədir. Sistemdən kənar müxalifət isə hələ formalaşmayıb.

Yəni siyasi mübarizənin klassik modeli formalaşmayınca istənilən dəyişikliyə ümid etmək də əsassızdır. Yuxarılarda konsensusa gəlinməyəcək ziddiyyət, aşağılarda isə müqavimət göstərmək üçün şərtlər yoxdur...

Məmməd Süleymanov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycan təmas xəttinə böyük sayda qüvvə yığıb, yazda, ya da yayda...” - AMBARSUMYAN ERMƏNİLƏRİ QORXUYA SALIR

    “Azərbaycan təmas xəttinə böyük sayda qüvvə ...

    3-01-2019, 16:33

  • 
  • ""İnter" mənə olan borcunu ödəməyib"

    ""İnter" mənə olan borcunu ...

    19-11-2015, 15:12

  • 
  • Mobil operatorlardan narazılıqlar gündən-günə artır

    Mobil operatorlardan narazılıqlar gündən-günə ...

    28-01-2020, 12:00

  • 
  • Lotereyada 45,4 milyon dollar uddu

    Lotereyada 45,4 milyon dollar uddu ...

    18-09-2016, 11:47

  • 
  • Sərkisyanı Əliyevlə görüşə gedəndə aeroportda öldürmək planı... - Ermənistanda dövlət çevrilişinə cəhd?

    Sərkisyanı Əliyevlə görüşə gedəndə aeroportda ...

    30-03-2016, 17:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu