Ağcabədi rayonunda amansız qətl törədilib. Milli.Az xəbər verir ki, ötən gecə rayonun Aşağı Avşar kəndində 30 yaşlı Saqibət Qədimov balta ilə öldürülüb. Rayon Prokurorluğu və Polis Şöbəsi qətlin təfərrüatı barədə məlumat vermir.
Məlum olan odur ki, S.Qədimov gecə evindən bayıra çağırılıb və sonra yaxınları onu qan içərisində tapıblar. Hazırda istintaq aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?