Sabah da Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan “TOUR d’ AZERBAİDJAN” beynəlxalq velosiped turunun 2-ci mərhələsinin keçirilməsi ilə əlaqədar 07.05.2015-ci il tarixdə aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:
Bakı şəhərində: Salyan şossesi, veloparkdan Lökbatan dairəsinədək, (bir istiqamətdə) saat 10:15-dən 10:40-dək,
Bakı-Ələt yolunda: Bakı-Ələt yolunun 14-cü km-dən Bakı Kənarkeçmə yolunun Bakı-Sumqayıt yolunun kəsişməsinədək (Biləcəri qəsəbəsi istiqamətində) saat 10:40-dan 10:55-dək,
Bakı-Şamaxı yolunda: Bakı-Şamaxı yolunun 9-cu km-dən 12-ci km-dək (Şamaxı istiqamətdə) saat 10:50-dən 11:05-dək,
Bakı-Şamaxı yolunun 12-ci km-dən 25-ci km-dək (hər iki istiqamətdə) saat 11:00-dan 11:20-dək,
Bakı-Şamaxı yolunun 25-ci km-dən 90-cı km-dək (hər iki istiqamətdə) saat 11:15-dən 13:00-dək,
Bakı-Şamaxı yolunun 90-cı km-dən 125-ci km-dək (hər iki istiqamətdə) saat 13:00-dan 13:45-dək,
Bakı-Şamaxı yolunun 125-ci km-dən 141-ci km-dək (hər iki istiqamətdə) saat 13:40-dan 14:00-dək,
Muğanlı-İsamyıllı yolunun 1-ci km-dən 20-ci km-dək (hər iki istiqamətdə) saat 13:50-dən 14:20-dək,
Muğanlı-İsamyıllı yolunun 20-ci km-dən 40-cı km-dək (hər iki istiqamətdə) saat 14:15-dən 15:40-dək,
İsmayıllı rayon mərkəzində: saat 15:00-dan 15:40-dək.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?