Səhiyyə Nazirliyi müdaxilə etməsə, dərman firması kütləvi qırğına səbəb olacaqdı; əczaçılıq sektorunda qorxulu vəziyyət yaranıb
Azərbaycan əczaçılıq sektorunda kuryoz hadisə baş verib. Ötən həftənin gündəmi və ciddi rezonans doğuran “Azərfarm” LTD oldu. Nazirlik dərhal müdaxilə etməsə, böyük fəlakət yaşanacaqdı. Belə ki, artıq bu əczaçılıq şirkətinə cinayət işi açıla bilər.
İddialarla bağlı “Gündəm xəbər”ə daxil olan məlumatda qeyd edilir ki, şirkətə məxsus dərmanların səhv salınması və satışa çıxarılması ciddi araşdırmalara səbəb olub.
Belə ki, şirkət buraxdığı dərmanların bir neçəsinin etiketini yanlış vurub. Hazırda firmada yoxlamalar gedir və məsul şəxslər barəsində cinayət işi başlanması istisna olunmur. Əldə etdiyimiz xəbərdə bildirilir ki, firma öz səhvini düzəltməyə çalışır.
Ölkənin ən məşhur dərman firması “Peregidrol” 30 faizlik və “Kalsium xlorid” dərmanlarının etiketində yanlışlığa yol verib. Məlumata görə, anbardan səhv etiketlə satış üçün apteklərə paylanılan bütün eyni adlı dərmanlar geri çağırılıb.
Artıq bir çox aptekdə sözügedən dərmanların satışı dayandırılıb. “Azərfarm” LTD şirkətindən bildirilib ki, məsələ ilə bağlı şirkət özü də araşdırmaya başlayıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də bildirib ki, məsələ araşdırılır.
Əhalinin və müalicə profilaktika müəssisələrinin keyfiyyətli dərman preparatları ilə təchiz edilməsi həmişə olduğu kimi bu gün də səhiyyəmiz qarşısında duran önəmli məsələlərdən biridir. 1998- ci ildə Səhiyyə Nazirliyi, Türkiyə əczaçılıq sənayesi şirkətlərinin iştirakı ilə "AzərFarm LTD" təsis edilməsi oldu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?