GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DAHA BİR BAHALAŞMA XƏBƏRİ: DƏRMANLARIN DA QİYMƏTİ ARTIR

DAHA BİR BAHALAŞMA XƏBƏRİ: DƏRMANLARIN DA QİYMƏTİ ARTIR

Tarix: 2-12-2013, 18:22 Bölmə :Ölkə Baxış: 840
DAHA BİR BAHALAŞMA XƏBƏRİ: DƏRMANLARIN DA QİYMƏTİ ARTIR
Bu günlərdə Türkiyənin əczaçılıq firmaları yeni təşəbbüslə çıxış ediblər. Türkiyə mətbuatının məlumatına görə, bu ölkədə dərman istehsalı ilə məşğul olan şirkətlərin rəhbərləri toplantı keçiriblər. Yığıncağın əsas məqsədi isə dərmanların qiymətinin artırılması ilə əlaqədar müzakirələr aparmaq və son qərarla bağlı hökumətə müraciət etmək olub. Toplantıda qeyd olunub ki, son 10 ildə Türkiyə iqtisadiyyatında bir neçə dəfə artım olub. İqtisadiyyatın sürətli inkişafı ilə paralel Türkiyədə istehsal olunan bir çox məhsulların da qiyməti qalxıb. Amma əczaçılıq sektorundakı qiymətlər neçə illərdir ki, sabit olaraq qalır. Şirkət rəhbərləri hesab ediblər ki, mövcud qiymət siyasəti əczaçılıq sektorunda yeni texnologiyaların tətbiqinə, istehsalın və işçilərin əmək haqlarının artırılmasına imkan vermir. Bu baxımdan hesab edirlər ki, Türkiyədə digər sahələrlə yanaşı əczaçılıq sektorunda da qiymət siyasətinə yenidən baxılmalıdır. Toplantının yekunu olaraq şirkət rəhbərləri qiymət siyasətinə yenidən baxılması üçün hökumətə müraciət ediblər.
Qeyd edək ki, hazırda Azərbaycan apteklərində Türkiyənin bir çox şirkətlərinin müxtəlif adda dərmanları satılır. Türkiyə istehsalı olan dərmanlara ölkəmizin bütün apteklərində rast gəlmək mümkündür. Türkiyə İxracatçılar və İdxalatçılar İttifaqının məlumatına əsasən, türk mallarının ən çox ixrac edildiyi ölkələr Azərbaycan, İraq, ABŞ, Liviya, Misir və Fələstindir. İxrac əməliyyatlarında ən çox yüngül, qida və kimya sənayesinin məhsulları, elektrotexnika malları və başqa daha böyük çəkiyə malikdir.

Bəs Türkiyə istehsalı olan dərmanların qiymətinin qalxması Azərbaycanın əczaçılıq bazarında ciddi bahalaşmaya gətirib çıxara bilərmi?
Ümumiyyətlə, Azərbaycanın dərman bazarında qiymətlərlə bağlı vəziyyət və Türkiyə istehsalı olan dərmanların bahalaşacağına münasibət necədi?

Ekspert və dərman şirkətləri ilə söhbətimizdən məlum olur ki, dərman bazarında qiymət dəyişiklikləri baş verir. Yəni qiymət artımları ilə yanaşı, enmələrə də rast gəlmək mümkündür. Ancaq Türkiyə istehsalı olan dərmanların qiymətinin qalxması ciddi bahalaşmaya səbəb ola bilər.
“Avromed” MMC-nin baş direktor müavini Şəhla Mahmudova Hafta.az-a deyib ki, ilin əvvəlində istehsalçı şirkətlərlə birillik (və ya çox illik) müqavilə bağlayarkən qiymətlər həmin müqavilələrdə öz əksini tapır və müqavilənin qüvvədə olduğu müddətdə qiymətlərdə dəyişiklik adətən edilmir: “Ötən illə müqayisədə yalnız Fransa və Bolqarıstan şirkətlərindən (hər ölkədən bir şirkət olmaqla) aldığımız bəzi məhsullarda cüzi qiymət artımı olub. Qısamüddətli müqavilələr əsasında MDB ölkələrindən gətirdiyimiz məhsulların qiymətində il ərzində orta hesabla 5-10 faiz artım ola bilir. Onu da xüsusi vurğulamaq istərdim ki, MDB ölkələrindən alınan məhsulların maya dəyəri baha deyil. Biz qiymət artımı dedikdə bir manatdan aşağı olan qiymətdən danışırıq. Bu da öz növbəsində hər məhsulun üzərinə gələn bir neçə qəpik deməkdir ki, bunun da istehlakçıya birbaşa təsiri olmaya da bilər. Həmin artım xammalın dəyəri, valyuta kursu və bazardakı tələbatla bağlı olur”.
Onun sözlərinə görə, təmsil olunduğu şirkət dərmanları yalnız Avropa, Amerika, Asiya və MDB ölkələrindən idxal etmir: “Yerli bazardan da məhsul alırıq. Yerli bazardan aldığımız məhsulların qiyməti qalxarsa, sözsüz ki, bu bizim satışımıza da təsir edir. Daha bir məqamı da nəzərinizə çatdırmaq istərdim ki, mənim yuxarıda qeyd etdiklərim yalnız “Avromed” şirkətinə aid məlumatlardır. Bizdən başqa bazarda 100-ə yaxın digər distributor şirkətləri fəaliyyət göstərirlər. Onların qiymətlərindəki dəyişikliklər fərqli səbəblərdən ola bilər”.
Onun sözlərinə görə, konkret olaraq Türkiyə istehsalı olan dərmanların qiymətində artım olmayıb.

“Zəfəran” şirkətlər qrupunun meneceri Elçin Əliyev Hafta.az deyib ki, Azərbaycanda dərmanların satış qiyməti vahid tarifə söykənmir. Qiymətlər şirkət və ya aptek tərəfindən müəyyən edilir. Ona görə də hər bir aptek eyniadlı məhsulu ayrı-ayrı qiymətə sata bilirlər. O ki qaldı qiymətlərin qalxıb-qalxmadığına, E.Əliyev bildirib ki, hansısa dərmanın qiymətində artım və ya azalma həmişə olur. Bu ildə belə vəziyyətlər yaranıb: “Bu il bəzi dərmanların qiymətində artım osa da, azalmalar da baş verib. Yəni ucuzlaşan, bahalaşan dərmanlar da var. Ancaq bu, konkret olaraq nəyə görəsə bağlı deyil”.
O, yeni təşəbbüs olan eyniadlı dərmanların müxtəlif apteklərdə vahid qiymətə satılması siyasətini də dəstəklədiklərini deyib.
Hafta.az-a danışan tibb üzrə elmlər doktoru, professor Adil Qeybulla hesab edir ki, Türkiyədə dərmanlar istehsal olunan yerdə qalxarsa, bu, Azərbaycan bazarına da öz təsirini göstərər və xeyli qiymət artımına səbəb ola bilər: “Çünki dərmanın üzərinə gömrük haqqı, nəqliyyat xərci gəlir. Bundan başqa, idxalçılar da dərman preparatlarının üzərinə müəyyən məbləğdə qiymət qoyurlar. Ona görə də Türkiyədə dərmanın istehsal qiymətinin qalxması daxili bazara da öz təsirini göstərəcək. Beləliklə, Azərbaycanın əczaçılıq bazarında onsuz da əhalinin cibinə uyğun olmayan dərmanların qiymətinin daha bahalaşması müşahidə oluna bilər ki, bu da məqəsdəuyğun deyil”.
A.Qeybulla həmçinin deyir ki, sığorta təbabətinin tətbiq olunmasının vacibliyi bu məsələdə də öz sözünü deyir: “Çünki belə olan halda əksər dərmanlar müalicəyə daxil ola və həkim reseptilə buraxılan dərmanların xərci sığortanın üzərinə düşər. Amma bizdə hələ ki, sığorta təbabəti olmadığından bu məsələ vətəndaşların üzərinə düşür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokurorluq “Azərfarm” LTD-yə cinayət işi aça bilər

    Prokurorluq “Azərfarm” LTD-yə cinayət işi aça ...

    7-05-2015, 13:46

  • 
  • Azərbaycanda əczaçılıq klasteri yaradılacaq

    Azərbaycanda əczaçılıq klasteri yaradılacaq ...

    3-10-2015, 20:45

  • 
  • “Dərman mafiyası” Azərbaycanda insanın həyatı ilə necə oynayır?

    “Dərman mafiyası” Azərbaycanda insanın həyatı ilə ...

    2-04-2014, 11:12

  • 
  • Dərmanların qiyməti ilə bağlı açıqlama

    Dərmanların qiyməti ilə bağlı açıqlama ...

    10-05-2015, 14:39

  • 
  • Oqtay Şirəliyevə bağlı “dərman mafiyası”

    Oqtay Şirəliyevə bağlı “dərman mafiyası” ...

    21-04-2013, 13:34


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (311)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu