Ana qızının hamilə qalmasını görəndən sonra məsələdən xəbər tutub. Ağdaş rayonunda intihar hadisəsi baş verib. gundemxeber.az APA-ya istinadən məlumatına görə, hadisə Ağdaş rayonunun Qulbəndə kəndində qeydə alınıb. Kənd sakini, 1968-ci il təvəllüdlü Cəfərov İlqar Rasim oğlu özünü həyətdəki tövlədə asaraq intihar edib. İki uşaq atası İ. Cəfərovun özünə qəsd etməsinin səbəbinin isə qardaşı, 1967-ci il təvəllüdlü Cəfərov Asim Rasim oğlunun öz qızını zorlaması barədə qızın anasının polisə şikayət ərizəsi yazması olub. Məlumata görə, kənd sakini 1974-cü il təvəllüdlü Cəfərova Mətanət Əbülhəsən qızı Ağdaş Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həyat yoldaşı Asim Cəfərov evdə öz qızı, 1994-cü il təvəllüdlü C. S.-nı zorlayıb. Ana qızının hamilə qalmasını görəndən sonra məsələdən xəbər tutub, şikayət etmək qərarına gəldiyini bildirib. Qonşuların bildirdiyinə görə, C.S. bir neçə il öncə başqa bir oğlanla qeyri-rəsmi şəkildə ailəli olub və 3 ay onunla birgə yaşadıqdan sonra boşanaraq atasının evinə gəlib. Ana bu günlərdə qızının hamilə qaldığını öyrənib. O, izahatında qızının atası tərəfindən zorlandığını bildirib və 3 uşağını da götürərək Ağdaş şəhərinə — atasının evinə gedib. Qonşuların sözlərinə görə, C.S. da atası tərəfindən zorlandıqdan sonra hamilə qaldığını bildirib. Polis əməkdaşları Asim Cəfərovu şübhəli şəxs qismində saxlayıblar. A. Cəfərovun bu hadisəni eşidən qardaşı İ. Cəfərovun isə özünü asdığı bildirilir. Hər iki faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi və Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?