Paytaxta müasir standartlara cavab verən iki mərtəbəli qatarların gətirilməsi planlaşdırılır.
ANS TV-nin məlumatına görə, yeni qatarlarda əvvəlki qatarlardan fərqli olaraq sərnişinlərin rahatlığını təmin etmək məqsədilə yumşaq tipli oturacaqlar olacaq. Öz komfortu ilə seçilən yeni qatarlar da kondisioner sistemi də olacaq.
“Dəmir yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyir ki, yeni ikimərtəbəli qatarların gətirilməsi ilə bağlı artıq işlər aparılır. Gətiriləcək elektirik qatarların hər biri 4 vaqondan ibarətdir. Qatarlarda yol boyu sərnişinlərin darıxmaması üçün Wi-Fi-sistemidə qurlaşdırılacaq.
Mətbuat xidmətinin rəhbəri onu da bildirdi ki, yeni elektrik qatarlarının gətirilməsi üçün Bakı-Sumqayıt arasında elektrik xətti əvvəlcə təmir olunmalıdır. Bunun üçün isə artıq işlərə başlanılıb. Belə ki, 63 kilometrlik yolun artıq 33 km-i tam təmir olunub. Yaxın vaxtlarda işlərin sona çatdırılması planlaşdırılır. Yalnız bundan sonra yeni ikimərtəbəli qatarların da gətirilməsi gündəmdədir.
Sorğu
Yeni dizaynımız necədir?