Artıq köhnə vaqonların istifadə müddəti bitdiyindən ölkəyə 30 yeni vaqon gətirilir ki, onlar da köhnə vaqonlara nisbətən daha müasir və geniş tutumlu olacaq.
ANS TV-nin məlumatına görə, dəmiryollarında bir sıra yeniliklər gözlənilir. Sərnişinlər uzaq məsafəni qət etmək üçn yeni vaqonlarla təmin ediləcək. Artıq İsveçrənin şirkətlərindən biri ilə bağlanan müqavilə əsasında gələn ildən etibarən ölkəmizə tam müasir və yeni vaqonlar gətirliəcək. Həmin vaqonlardan da Bakı-Tiflis-Qars dəmir yolu xəttində istifadə ediləcək. Bundan başqa yeni lakomativlərin də gətirilməsi gözlənilir. Hazırda istifadə olunanlara nisbətən onların sürət həddi yüksək olacaq. Əlavə olaraq sözügedən qatarların çarxı Avropa sərhədinə keçən kimi avtomotik o reyslərin ölçüsünü alacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun sözlərinə görə, yeni gətirilcək lokomativlər Azərbaycan dəmir yollarında yük və sərnişin daşınmanı həyata keçirəcək: “Hazırda həmin vaqonların Azərbaycana gətirilməsi istiamətində danışıqlar gedir. Həmin vaqonlar həm xarici görnüşü, həm onun daxili tərtibatı, həm də çarxların avtomatik yığılıb-açılması funksiyasına malikdir”.
Bundan əlavə olaraq ölkəmizdə düz bir il altı aydan sonra vaqon istehsalı və təmirilə məşğul olan zavod da istifadə veriləcək. Həmin zavodda vaqonlar istehsal edilib xarici ölkələrə satılacaq.
“Gələcəkdə təmirə ehtiyacı olan vaqonlar həmin zavodda təmir olunacaq. Hazırda bu istiqamətdə işlər gedir. Artıq torpaq sahəsi də ayrılıb. İstehsal olunacaq vaqonlar Azərbaycan və yaxın respublikalarda vaqonların satışı həyata keçiriləcək” – deyə Nadir Əzməmmədov bildirib.
Bundan başqa gətirilən yeni vaqonların birində tək ailəlilər üçün də yerlər nəzərdə tutulub. 2015-2018-ci illər ərzində qatarların hərəkət sürəti saatda 140 kilometrə qədər qaldırılacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?