GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İqtidarın “talana son” planı - şok təfərrüatlar

İqtidarın “talana son” planı - şok təfərrüatlar

Tarix: 14-05-2015, 21:21 Bölmə :Ölkə Baxış: 0
İqtidarın “talana son” planı - şok təfərrüatlar

Avropa Oyunlarından sonra kimlər gedəcək – ilkin siyahı; İqtidar prosesi Avropa Oyunlarından sonraya saxlamaq niyyətində olub, amma üzə çıxan faktlar, büdcənin zəiflədiyi bir vaxta bəzilərinin dövlətin puluna xor baxmaları prezidenti qəti qərarlar verməyə vadar edib...



Neftin qiymətinin düşməsi və manatın devalvasiyasından sonra iqtidarın büdcə pullarına nəzarətin gücləndirməsinin şok nəticələri artıq ortaya çıxmaqdadır. Xəbər verildiyi kimi, Cahangir Hacıyevin Beynəlxalq Banka rəhbərlik etdiyi dövrdə baş verən müdhiş maxinasiyalar, iş adamlarının dövlətin nəzarətində olan bankdan aldıqları külli miqdarda kreditləri qaytarmaması səbəbindən həbslər başlayıb. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır.

Xəbərlərə görə, iqtidar bu prosesi Avropa Oyunlarından sonraya saxlamaq niyyətində olub. Amma üzə çıxan faktlar, büdcənin zəiflədiyi bir vaxtda bəzilərinin dövlətin puluna xor baxmaları hakimiyyəti qəti qərarlar verməyə vadar edib. Dövlət büdcəsindən külli miqdarda mənimsəməyə görə “Azİmport” rəhbəri Rəşad Məmmədovun işdən çıxarılması ilə başlayan və iş adamlarının həbsi ilə davam edən bu proses də göstərir ki, bu qərar məhz prezident İlham Əliyevin ölkədə talana son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Məlumatlarda o da deyilir ki, iqtidar Avropa Oyunlarından sonra ölkədə iri miqyaslı antikorrupsiya planını gerçəkləşdirməyə başlayacaq. Bu planın yekunu olaraq isə dövlət xərclərinin azaldılması və optimallaşdırılması üçün bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, birləşdirilməsi və yenidən təşkili barədə qərarlar qəbul ediləcək. Bu prosesdə bir neçə yüksək ranqlı məmurun işdən çıxarılması və cəzalandırılması gözlənilir. Ciddi yoxlamalar və struktur islahatları korrupsiya riskinin yüksək olduğu sahələri əhatə edəcək.

İqtidarın “talana son” planı - şok təfərrüatlar

Rəşad Məmmədov

Bu sırada Nəqliyyat Nazirliyi ilə “Azərsu” ilk sırada gəlir. Çünki “Azərsu” ASC Nəqliyyat Nazirliyindən sonra büdcəsindən ən böyük vəsait alan qurumlardan biri, bəlkə də birincisidir. Üstəlik, bu dövlət qurumları hər il beynəlxalq maliyyə təşkilatlarından da ya kreditlər alır, ya da dəyəri milyonlarla ölçülən birgə layihələr həyata keçirirlər. Hökuməti narahat edən isə budur ki, həm yollara, həm su və kanalizasiya təchizatına ayrılan milyonlara baxmayaraq, hər iki qurumun məsul olduğu sahələrdə hələ də ciddi problemlər qalmaqdadır. Məhz bu səbəblərdən də ölkənin ən çox yeyinti olan sahələrindən birinə rəhbərlik edən Z.Məmmədovla “Azərsu” rəhbəri Qorxmaz Hüseynovun iyundan sonra postlarından kənarlaşdırılacağı gözlənilir. Avropa Oyunları ərəfəsi paytaxtda sərnişin daşınmasının nəqliyyat naziri Ziya Məmmədova məxsus “Transqeyt” şirkətinin monopoliyasından alınması, Bakı yollarının təmir-bərpası funksiyasının Nəqliyyat Nazirliyindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verilməsi nazirin “gedir” xəbərlərini bu dəfə daha real edir.

İqtidarın “talana son” planı - şok təfərrüatlar


Qorxmaz Hüseynov

“Azərsu”ya 2011-ci ildən rəhbərlik edən Qorxmaz Hüseynovun da korrupsiya əməlləri barədə mətbuatda yetərincə məlumatlar dərc edilib. Q. Hüseynovun “Azərsu”da özünə qohumlarından ibarət komanda yaratdığı, milyonların dövr etdiyi podratçı şirkətlərin az qala hamısının onun yaxın adamlarına aid olması barədə xəbərlər də yeni deyil.

Məlumatlara görə, iqtidar Asiya İnkişaf Bankının “Şəhər su təchizatı və kanalizasiya investisiya proqramı-3" layihəsi çərçivəsində güzəştli şərtlərlə 150 milyon dollar kreditin təyinatı üzrə xərclənib-xərclənməməsini araşdırır. Məlumatlara görə, Asiya İnkişaf Bankı ölkəmizin 11 rayonunda beynəlxalq layihələri maliyyələşdirir və bu sərmayə 180 milyon dollar təşkil edir. Bu layihələrin icrası əsasən Qorxmaz Hüseynova məxsus və qaynı tərəfindən idarə olunan ”Hidro-İnsaat"a həvalə olunur. “Hidro-İnşaat Servis” MMC 2011-ci ildə Qorxmaz Hüseynovun qaynı Namiq Cəbrayılov tərəfindən təsis olunub. Bu MMC “Azərsu”nun bir neçə milyonluq layihələrinə cəlb olunub.

İqtidarın “talana son” planı - şok təfərrüatlar

Musa Pənahov

İddialara görə, nəqliyyat nazirinin müavini Musa Pənahovun oğluna da bu layihənin icrasında yenə geniş “şəriklik” verilib. Fuad Pənahovun rəhbəri olduğu “Global-A Group” inşaat şirkəti yol çəkmək, kommunikasiya xətlərinin dəyişməsi kimi bir çox mötəbər layihələrdən milyonlar əldə edib. “Global-A Group”un Salyan yolunun kommunikasiya xətləri, Sabirabad yolu, Əhmədli qəsəbəsində su sayğaclarının quraşdırılması, Göyçayda enerji xətləri, kommunikasiyalar, qaz kəmərləri, Xarici İşlər Nazirliyinin arxasından keçən magistral su xəttinin dəyişdirilməsindən milyonlarla gəlir əldə edib.

İqtidarın “talana son” planı - şok təfərrüatlar

Nazir müavininin oğlu “Azərsu”nun tenderlərindən o qədər pul qazanıb ki, deyilənə görə, hətta Mərdəkanın Dres adlanan ərazisində 3 mərtəbəli dəbdəbəli evi tikdikdən sonra bəyənmədiyi üçün sökdürüb və yenidən tikdirib. Yeri gəlmişkən, problemlərə baxmayaraq, “Azərsu” Heydər Əliyev prospektində 20 mərtəbədən ibarət yeni inzibati bina tikdirir ki, açılışı Avropa Oyunlarından sonra olacaq. 2004-cü ildən nazir müavini olan Musa Pənahov özünü Ziya Məmmədovdan sonra nazir postunda görsə də, onun da Avropa Oyunlarından sonra vəzifədən uzaqlaşdırılacağı deyilir.

Hökumətdəki bir mənbə baş verənləri şərh edərkən Avropa Oyunlarından sonra iqtidarda ciddi “təmizləmə” proseslərinin başlayacağı barədə xəbərləri təsdiq edib. Mənbə deyib ki, iqtidar Avropa Oyunlarından sonra yarana biləcək iqtisadi çətinliklərin sosial partlayışlara çevrilməməsi üçün hətta müxalifətin “Talana son!” süarını da öz maraqlarına uyğun həyata keçirəcək. Hansı ki bunun işartıları artıq başlayan həbslərlə görünür...

“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dövlət bankını soyanların arxasında kimlər var - Şok faktlar

    Dövlət bankını soyanların arxasında kimlər var - ...

    14-05-2015, 21:33

  • 
  • Ərdoğanın otağından çıxan dinləmə cihazında ABŞ izi - Şok faktlar üzə çıxdı

    Ərdoğanın otağından çıxan dinləmə cihazında ABŞ ...

    21-11-2014, 02:12

  • 
  • Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK FAKTLAR

    Hacı İbrahim Beynəlxalq Bankı aldadıbmış – ŞOK ...

    27-05-2015, 18:09

  • 
  • Həbsdəki bankirdən nazirlərə FARAGAT ismarışı-həbslər böyüyə bilər

    Həbsdəki bankirdən nazirlərə FARAGAT ...

    3-02-2016, 15:03

  • 
  • Mərkəzi bankın gecəyarısı təcili toplantısı – Şok qərarlar verildi

    Mərkəzi bankın gecəyarısı təcili toplantısı – Şok ...

    16-12-2014, 20:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu