GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kürəkçay müqaviləsindən 210 il keçir

Kürəkçay müqaviləsindən 210 il keçir

Tarix: 14-05-2015, 21:27 Bölmə :Ölkə Baxış: 0
Kürəkçay müqaviləsindən 210 il keçir

Qarabağ Xanı İbrahim xanla Rusiya İmperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktak əyani surətdə göstərir ki, İmperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişdir. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya təbəəliyinə keçməsi haqqında işarə belə yoxdur.

QADİR ALLAH NAMİNƏ
Biz yəni Şuşalı və Qarabağlı İbrahim xan və Bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə Bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük imperator əlahəzrətləri Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

MADDƏ I
Mən Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində Bütün Rusiyanın böyük İmperator əlahəzrətlərinin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

MADDƏ II
İmperator əlahəzrətləri zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İmperator əlahəzrətləri zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.

MADDƏ III
Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın Bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasim Gürcüstan Baş hakiminin və bu qətnaməni başa çatdıran inf-gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

MADDƏ IV
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təəbəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanları haqda isə məlumat verməyə və Gürcüstan Baş hakimi tərəfindən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

MADDƏ V
İmperator əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir: 1) həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır. 2) İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır. 3) Daxili idarə etmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır. 4) Zati-alilərinin və onun sülaləsinin, eləcədə onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərargah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.

MADDƏ VI
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm: 1) istər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür. 2) Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm. 3) Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm. 4) Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.

MADDƏ VII
İmperator əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

MADDƏ VIII
Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator əlahəzrətlərinin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda-qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəsən-Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

MADDƏ IX
İmperator əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılması olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.

MADDƏ X
Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.

MADDƏ XI
Bu traktın İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.

İMZALAMIŞLAR:
Müvәkkil vә Gürcüstanda Baş Komandan Nikolay Rtişşev
(M : Y:)
Alişöhrәtli İran Dövlәtindәn Müvәkkil Mirzә Әbül Hәsәn Xan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Lisaneviç İbrahim xanı və onun ailəsini qətlə yetirir...

    Lisaneviç İbrahim xanı və onun ailəsini qətlə ...

    28-01-2019, 16:20

  • 
  • İbrahim Tatlısəsin azərbaycanlı arvadı - Foto

    İbrahim Tatlısəsin azərbaycanlı arvadı - Foto ...

    23-11-2014, 22:22

  • 
  • Jirinovski: “Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi”

    Jirinovski: “Rusiya olmasaydı, Qarabağda ...

    26-07-2018, 14:18

  • 
  • “Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı” - Aleksandr Xramçix

    “Rusiya bazası olmasaydı, Ermənistan mövcud ...

    21-12-2018, 11:47

  • 
  • İrəvanda Njdeyə görə ruslardan qisas aldılar

    İrəvanda Njdeyə görə ruslardan qisas aldılar ...

    3-12-2019, 10:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (266)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu