Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski “Rossiya 1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Ermənistanın Rusiyadan uzaqlaşmaq arzusunu şərh edərkən deyib ki, əgər Rusiya olmasaydı, Qarabağda ermənilər artıq yox idi.
Lirinovski əlavə edib ki, ermənilər Qarabağda məhz Rusiya ordusunun Ermənistana yerləşdirilməsi səbəbindən sakit yaşayırlar.
Jirinovski həmçinin bildirib ki, deyilənlər Tacikistan və Donbasa da aiddir: “Rusiya postsovet məkanındakı konfliktlərdə keçmiş SSRİ-nin bütün əhalisini qorumaq və xilas etmək üçün iştirak edir.
Dnestryanıda 1992-ci ildə insanları kəsməyə, rus milislərini qaralamağa, qızları zorlamağa başladılar. Soyqırım, vətəndaş müharibəsi gedirdi. Rus ordusu bunun qarşısını aldı. Əgər Donbasda da ruslar öldürülməsəydi, bu gün Ukrayna hadisələri olmazdı. Biz osetin və abxazları da xilas etmişik. Biz keçmiş SSRİ-nin bütün əhalisini müdafiə edəcəyik. Biz Kanada və Afrikaya girməyəcəyik, amma SSRİ və Rusiya imperiyasının tərkibində yer alan hər kəsi, milliyətindən asılı olmayaraq, müdafiə edəcəyik”./virtualaz.org
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?