Koalisiya qüvvələrinin Suriyada İŞİD-ə qarşı hücumları davam edir.
Amerika Birləşmiş Ştatların (ABŞ) başçılıq etdiyi koalisiya qüvvələri Suriyanın Deyr əz-Zor əyalətində əl-Ömər neft sahəsi yaxınlığında İŞİD terrorçularına qarşı əməliyyat həyata keçirib.
Yarım saatlıq əməliyyat zamanı 40-dan çox terrorçu məhv edilib. Pentaqonun yaydığı məlumatda hücumun əsas hədəfinin İŞİD-in “neft naziri” Əbu Səyyaf olduğu bildirilir.
Əməliyyatın əsas məqsədi onu yaxalamaq olsa da, hücum zamanı baş verən silahlı vuruşmada Əbu Səyyaf aldığı xəsarət nəticəsində ölüb.
Qeyd edək ki, əsl kimliyi bilinməyən Əbu Səyyafın sadəcə Tunis vətəndaşı olduğu deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?