ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Stiv Uorren Amerikanın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın keçirdiyi əməliyyat zamanı İŞİD-in daha 3 liderinin məhv edildiyini bildirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.
Stiv Uorrenin sözlərinə görə, hava zərbələri nəticəsində İŞİD-in “maliyyə naziri” Əbu Salah və daha iki lideri məhv edilib.
Bundan əvvəl Pentaqon İŞİD-in Liviyadakı qolunun lideri Əbu Nabilin məhv edildiyini təsdiqləyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?