İran Prezidenti Həsən Ruhani dünən səfər etdiyi Güney Azərbaycanın Təbriz şəhərində sərt etirazlarla üzləşib. Avropa.info xəbər verir ki, bu haqda nüfuzlu "Əl-Ərəbiyyə" telekanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Təbrizdə xalqın qarşısında çıxış edən Ruhani gözlənilmədən etirazla üzləşib. Ruhaninin çıxışı zamanı onun sözünü kəsən etirazçılar, "Azərbaycan var olsun, istəməyən kor olsun", "Azərbaycan oyaqdır, Traktora dayaqdır" şuarları səsləndiriblər. Təbrizin "Traktor Sazi" futbol klubu ilə Tehranın "Naft Tehran" klubu arasında keçirilən matç zamanı hakim saxtakarlığına etiraz edən təbrizlilər Ruhaniyə simvolik olaraq qırmızı kart göstəriblər. Aksiya etirazçıların Təbriz küçələrində şuarlar səsləndirməsi ilə davam edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?