İran inqilabının 42-ci ildönümü şənliklərinə qatılan yüzlərlə motosiklet istifadəçisi prezident Həsən Ruhaniyə qarşı “Qəhr olsun Ruhani!” şüarı səsləndirib.
Vətəndaşların səsləndirdiyi bu şüarlar sosial mediada gündəmə çevrilib. Motosiklet istifadəçilərinin üzərlərində İran və Hizbullah bayraqlarını daşıdıqları görünüb. Qeyd edək ki, bu il ölkədə şənliklər koronavirus səbəbilə məhz motosiklet və avtomobillərlə keçirilib.
Sorğu
Yeni dizaynımız necədir?