GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Prezident: «Məni də dəfələrlə inandırırdılar...»

Prezident: «Məni də dəfələrlə inandırırdılar...»

Tarix: 21-05-2015, 13:12 Bölmə :Ölkə Baxış: 0
Prezident: «Məni də dəfələrlə inandırırdılar...»

«Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib, və ya haradan idxal olunub! Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Ekspertizadan keçibsə, o rəyi kim verib? Ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub».

Bunu prezident İlham Əliyev Azadlıq prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğınla bağlı yaradılan Dövlət Komissiyasının iclasında deyib.

İclasda dövlət məmurları ilə prezident arasında maraqlı dialoqlar da olub.

«BİNALARIN FASADLARININ ÜZLÜYÜNÜ AVROPA OYUNLARINA QƏDƏR SÖKMƏYƏ BAŞLAMAYAQ»

Komissiyanın sədri Abid Şərifov deyib ki, yanğına qarşı tədbirlər çərçivəsində şəhərdə bu qəbildən olan binaların fasad işıqlandırılması dayandırılmasını təklif edib.

Abid Şərifov: Siz dediniz ki, şəhərdə 200-dən çox bu cür bina var. Biz Sizin tapşırığınıza uyğun olaraq dəqiqləşdirməliyik ki, bu binaların ən təhlükəliləri hansılardır. Təklif edirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin, Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, «Azərişıq» Səhmdar Cəmiyyətinin və digər əlaqədar qurumların mütəxəssisləri ilə birlikdə evin sahiblərinin iştirakı ilə binalarda yoxlamalar aparaq. Razılıq olarsa, binaların fasadlarının üzlüyünü Avropa Oyunlarına qədər sökməyə başlamayaq. Yəni, araşdırma aparaq, vəziyyəti öyrənək ki, nə etməliyik?!

İlham Əliyev: Bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur.

Abid Şərifov: Mən işin həcminə görə deyirəm, cənab Prezident. Əlbəttə, Sizin razılığınız olduğu təqdirdə. Söhbət çoxmərtəbəli binaların fasad üzlüklərinin 20-25 gün ərzində sökülüb bərpa edilməsindən gedir. Əlbəttə, Siz necə desəniz, o cür də edəcəyik.

İlham Əliyev: Söküb bərpa etməmək də olar. Bilirsiniz, indi Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir.

Abid Şərifov: Bəli, heç nədir.

İlham Əliyev: Heç nədir. Ona görə, ilk növbədə, bir daha demək istəyirəm, bütün buna oxşar materiallarla üzlənmiş binalardan dərhal nümunə götürülməlidir. Hər bir binadan. O materiallar təhlil edilməlidir, orada təhlükə varsa, odadavamlı deyilsə, dərhal bütün binaların üzlükləri sökülməlidir. Dərhal! Bunu tez bir zamanda etmək olar. Bir həftə, maksimum iki həftə ərzində bütün binaların fasad üzlükləri sökülməlidir, Oyunlardan sonra təmir olunar. Əsas məsələ budur. Yəni, biz burada heç bir başqa amili nəzərə almamalıyıq.

GECƏ-GÜNDÜZ MÜHAFİZƏ

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib ki, üzlüklü binaları 24 saat mühafizə edə bilərlər.

Kəmaləddin Heydərov: Cənab Prezident, Xətai rayonunda baş vermiş hadisə zamanı mənə verdiyiniz tapşırıqdan sonra biz bu materialla üzlənmiş bütün binaları, - ona qədər də əlimizdə məlumatlar var idi, - araşdırmışıq. Bəzi yerlərdə, demək olar ki, şəhərin bir çox yerində vaxtın azlığını nəzərə alaraq, biz növbətçilik qurmuşuq. Gecə-gündüz - 24 saatlıq həm bizim Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin, həm də Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının və yanğınsöndürənlərin iştirakı ilə təxminən 150 binanı mühafizə etmişik. Siz rəva bilirsinizsə, biz növbətçiliyi,- bu qəbildən olan 263 bina var, - onların fasadlarının üzlüyü sökülməmişdən qabaq təmin edək və bütün yanğınsöndürən maşınları bir dəqiqəlik məsafələrdə yerləşdirək. Bu yolla biz Sizin tapşırığınızı qısa müddətdə icra edə bilərik.

ODADAVAMLILIĞI KİM MÜƏYYƏN EDİR?

İlham Əliyev: Baş prokuror, məlumat verin. Nə iş görmüsünüz?

Zakir Qaralov: Möhtərəm cənab Prezident, ilk növbədə müəyyən edilib ki, üzlükləri «Global Construction» şirkəti quraşdırır, istehsalı ilə isə «Global Stone» şirkəti məşğul olur. Bunun da sahibi və faktiki rəhbəri hazırda şübhəli şəxs qismində saxlanılmış Miryusif Mahmudov adlı şəxsdir. O, bu işlərə 2010-cu ildə başlayıb. Ona ilk uyğunluq sertifikatı 2010-cu ildə verilib. Sertifikatı S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu verib. Bu sertifikatlar hər il yenidən verilib. Yəni, bunlar birillik olubdur. Bu sənədlər, eyni zamanda, Standartlaşdırma Komitəsinə və Səhiyyə Nazirliyinə təqdim olunub. Sənədləri məsul əməkdaşlar imzalayıblar. Araşdırılan sənədlərdə göstərilir ki, müxtəlif tədqiqatlar da aparılıb. Bilavasitə yazılıb ki, inşaat sektorunda bina və tikililərin üzlənməsində istifadə edilə bilər.

İlham Əliyev: Bəs odadavamlılığını kim müəyyən edir?

Zakir Qaralov: Odadavamlılığını da sözsüz ki, bunlar müəyyən edir.

İlham Əliyev: Yox, Səhiyyə Nazirliyi onu edə bilməz.

Kəmaləddin Heydərov: Onu bizim Dövlət Yanğın Nəzarəti Xidmətinin laboratoriyası və yanğın nəzarəti bölməsi verib. Orada da bunun sənədləri var. Onların təklif etdikləri sertifikatlarda, bizim onlara verdiyimiz rəylərdə yazılıb ki, bunlar çətin yanan materiallardır. Bu zavod ilkin olaraq işə başlayarkən onlar materiallara xüsusi maddə qatırdılar və Rusiyadan, Türkiyədən bütün sertifikatlar da o tərkiblə gəlib. Amma sonradan istehsal zamanı materiallara bu maddə qatılmayıb.

Cənab Prezident, bütün bu işləri aparan sifarişçi təşkilatlara, icra hakimiyyətlərinə məktublarda dəfələrlə deyilib ki, bunlar ekspertizasız və heç bir müraciətsiz olub. Təəssüf ki, heç bir cavab alınmayıb. Bir dəfə deyil, dəfələrlə məktub göndərilib, konkret binalar göstərilib.

Zakir Qaralov: Yalan yazılsa da, burada konkret icazə verilir ki, üzlük materialı kimi istifadə olunsun. Müxtəlif yerlərə məktublar var.

Cənab Prezident, ümumiyyətlə, həmin şirkətlə icra hakimiyyəti arasında bu işlərin görülməsi ilə bağlı müqavilə bağlanmayıb.

İlham Əliyev: Müqaviləsiz necə iş görülüb?

Zakir Qaralov: Müqaviləsiz 14 binanın üzlənməsi həyata keçirilib. Yəni, bu işlərə başlamazdan əvvəl hər bina üzrə layihələndirmə aparılmalıdır. Layihələndirmə Fövqəladə Hallar Nazirliyinə təqdim olunmalıdır. Layihələndirilməyə razılıq veriləndən sonra bu işlər davam etdirilməlidir. Eyni zamanda, burada ilkin baxışdan müəyyən edilib ki, yəni, təkcə bu materiallar istifadə olunmamalıdır. Bunların arasında, eyni zamanda, izolyasiya materialları da qoyulmalıdır. İzolyasiya materialları olmadığına görə də havanın tam işləməsi baş vermişdir.

Cənab Prezident, bu şirkət tərəfindən görülmüş işlər üzrə əlavə daha iki hadisə olub. Bir hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində olub. Düzdür, orada tələfat olmayıb. Birinci siqnal o vaxt olub ki, bu materiallar keyfiyyətsizdir. İkinci hadisə 2015-ci il fevralın 27-də baş verib. Bu, Xəzər rayonunun Buzovna qəsəbəsində, Rasif Nərimanov küçəsi, 26 ünvanında olub. Orada da bu material yanıb. Yəni, Xətai rayonuna qədər bizdə artıq iki siqnal var idi ki, bu materiallar keyfiyyətsizdir və bunların istifadəsi tam yararsızdır.

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. 15 nəfər həlak olub, onlarla insan yaralanıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Bakıda baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası yaradıldı

    Bakıda baş vermiş yanğınla əlaqədar Dövlət ...

    19-05-2015, 19:09

  • 
  • Kəmaləddin Heydərov: "Dəfələrlə bu işlərin ekspertizasız aparıldığı barədə xəbərdarlıq etmişik" - YENİLƏNİB

    Kəmaləddin Heydərov: "Dəfələrlə bu işlərin ...

    21-05-2015, 13:11

  • 
  • Bakıda binalar yeni materiallarla üzlənir (FOTO)

    Bakıda binalar yeni materiallarla üzlənir (FOTO) ...

    20-05-2015, 17:32

  • 
  • Prezident İlham Əliyevin göstərişi ilə "Ovçular evi" ərazisində yaşayış binasının tikintisi dayandırılıb

    Prezident İlham Əliyevin göstərişi ilə ...

    16-04-2017, 11:25

  • 
  • İşgəncəyə məruz qalan Nardaran məhbusu təcili ekspertizadan keçirilməlidir

    İşgəncəyə məruz qalan Nardaran məhbusu təcili ...

    11-08-2017, 16:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu