Klassik Xalq Cəbhəsi Partiyasının çoxsaylı insan təlafatına səbəb olmuş çoxmərtəbəli binanın yanması ilə bağlı Bəyanatı Klassik Xalq Cəbhəsi Partiyası Bakı şəhəri Azadliq prospekti 200/36 ünvanlı çoxmərtəbəli binada dəhşətli yanğın nəticəsində ailə üzvlərini, sağlamlıqlarını, illər boyu qazandıqları əmlaklarını itirən insanlarla həmdərd olduğunu bildirir, həlak olanlara rəhmət diləyir, onların yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alan və yaralananlar üçün Allahdan şəfa diləyir. KXCP insan itkisi ilə nəticələn belə qəzalrın ilk olmadığını, bir az əvvəl mahiyyətcə oxşar hadisə baş verdiyini və sırf təsadüf nəticəsində insan itkisi olmadan ötüşdüyünü, bundan sonra əlaqədar rəsmi qurumların heç bir qabaqlayıcı və qoruyucu tədbir görmədiklərini ictimaiyyətə xatırladır. Hadisələr göstərir ki, fəlakətli yanğın heç də təsadüfü qəza deyil, ölkədəki məsuliyyətsiz idarəçiliyin, nəzarət mexanizmlərindəki səhlənkarlığın, şəhər sakinlərinin taleyinin məqsədyönlü olaraq tikinti mafiyasının öhdəsinə buraxılmasının məntiqi nəticəsidir. Paytaxtda illərlədir davam edən başıpozuq "təmir-tikinti, abadlıq, gözəlləşdirmə” işləri faciə ilə yekunlaşacağının anonsu dəfələrlə mütəxəssislər tərəfindən deyilmiş, medianın aparıcı mövzusuna çevrilərək sabit ictimai rəy formalaşmışdır. Binalara və sakinlərə heç bir faydası olmayan fasad dəyişmə, üzlük vurma kimi işlərin yalnız büdcə vəsaitinin oğurlanmasına şərair yaratması müxtəlif bəyanatlarda səslənməsinədə dövlət sturukturları tərfindən əhəmiyyət verilməmişdir. Bir-çox ölkələrdə mənzil tikintisində qadağan edilmiş penoplast və ona uyğun materiallardan uzun illərdir Bakı şəhər icra hakimiyyəti, Fövqaladə Hallar Naziriliyi və digər çoxsaylı təmir-tikinti və təhlükəsizlik işlərinə cavbdeh olan dövlət orqanalarının göz yumması acı həqiqətdir və həmin idarələrin nümayəndələrinin Dövlət komissiyasına daxil edilməsi bu fəlakətin səbəblərinin obyektiv araşdırılacağını şübhə altına alır. Kiçik yaşlı uşaqların, yaşlı adamların, hətta bütöv bir ailənin həlak olması ilə nəticələnən bu cinayətin məsuliyyətndən heç bir vəzifəli şəxs kənarda qalmamalıdır. Daha böyük faciələrin qarşısını almaq üçün hal-hazırda da davam edən bütün üzləmə, fasad dəyişmə, dekorasiya xarakterli əlavə işıqlandırma və s. “bər-bəzək işləri” təcili olaraq birdəfəlik dayandırılmalı, ictimai vəsaitlərin havaya sovrulması, real olaraq isə kütləvi təhlükə təhdidinə çevrilməsinin qarşısı ən yüksək səviyyədə alınmalıdır. Hadisə ciddi ictimai məzmun daşıdığı, ictimai fikirdə böyük rezonans yaratdığından Dövlət Komisssiyasının işi ictimaiyyət üçün açıq olmalı, siyasi partiyalar, Qeyri Hökümət Təşkilatları, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri və ekspertlərin onun işində iştirak etmələrinə şərait yaradılmalıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?