02 Mart 2020-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda qərarların icra vəziyyəti, ictimai-siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir.
İdarə Heyətinin yığıncağında, regionda hərbi siyasi vəziyyət müzakirə edilmişdir. KXCP, Türkiyə Silahlı Qüvvələrinin son hərbi əməliyyatları zamanı Şəhid olmuş əsgərlərə ALLAHdan rəhmət, bütün Türk xalqına səbr diləyir. Cumhuriyyətin təhlükəsizliyi üçün aparılan anti-terror əməliyyatlarını doğru sayan KXCP, Türkiyənin haqlı davasında hər zaman Türk millətinin, Türkiyə Cumhuriyyəti Dövlətinin yanında olduğunu bir daha bəyan edir. KXCP-nin, Azərbaycan hakimiyyətindən müvafiq tibbi ləvazimat və avadanlığın, aptek və səhiyyə müəssisələrində mövcudluğu, onların ehtiyatlarının yaradılması, qiymətlərə nəzarət istiqamətində ciddi tədbirlərin görülməsi tələbi yerinə yetirilmədiyinə görə, İdarə Heyətinin yığıncağında, Azərbaycan hakimiyyətinin, xüsusilə Səhiyyə nazirliyinin epidemiyaya qarşı heç bir tədbir görmədiyi bir daha müzakirə edilmişdir. Hakimiyyətdən, Azərbaycan Xalqına qarşı bu düşmən münasibətə son verilməsi də, bir daha tələb edilmişdir. İdarə Heyətinin yığıncağında, təşkilati məsələlər müzakirə edilmiş, müvafiq qərarlar qəbul olunmuşdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?