I Avropa Oyunlarının başlanmasına vaxt azaldıqca payatxtın yol infrastrukturunda təmir bərpa işləri daha da sürətləndirilib.
ANS TV-nin məlumatına görə, oyunların keçiriləcəyi idman kompeklərinə aparan yolların müəyyən edilməsi üçün xüsusi zolaqların salınması nəzərdə tutulub. “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində növbəti rənglənmə işləri Nərimanov rayonu Fətəli xan Xoyski prospektində həyata keçirib. Yolun hər iki hərəkət istiqamətində xətlərin yenidən çəkilməsi üçün magistralın bir neçə zolağında nəqliyyat vasitələrinin hərəkəti qismən hissə-hissə məhdudlaşdırıldı.
Fətəli xan Xoyski küçəsində yol şəbəkəsinin rənglənməsi işinə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin də əməkdaşları “Azəryolservis” ASC-nin işçilərinə köməklik göstərdilər. Artıq bu küçədə rənglənmə işləri səhər saatlarında sona çatıb və nəqliyyatın hərəkəti üçün tam açılıb.
Daha ətraflı birazdan ANS-in efirində yayımlanacaq “İç Xəbər” proqramında.
Sorğu
Yeni dizaynımız necədir?