Nizami rayonu Kamil Balakişiyev küçəsində avtomobil yolunda qazıntı işi aparıldığını görən 80 saylı Yolların Mühafizəsi və İstismarı idarəsinin əməkdaşları əraziyə gəlib. Məlum olub ki elektrik şəbəkənin əməkdaşları yolun bu hissəsində "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin icazəsi olmadan qazıntı işi aparır. Yolların Mühafizəsi və İstismarı idarəsinin əməkdaşları qazıntı işləri aparanları bu əməlindən çəkindirməyə çalışsalar da, istəklərinə nail ola bilməyiblər.
Dağılan yol "Azəryolservis" ASC-nin əməkdaşları tərəfindən bərpa edilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, avtomobil yolunda qazıntı işi apararkən qanuna uyğun olaraq Nəqliyyat Nazirliyinə müraciət olunmalıdır.
Məsələ ilə bağlı Bakı şəhər Elektrik Şəbəkə ASC-nin mətbuat xidmətində bildiriblər ki, həmin yol vətəndaşın evini elektrik xətti ilə təmin etmək üçün qazılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?