19 aprel 2012-ci il ölkə prezidenti Gədəbəy rayon İcra Hahimiyyətinin başçısı K.Rzazadənin işdən çıxarılması barədə sərəncam imzalayıb. Başqa bir sərəncamla Ramiz Yediyarov Gədəbəy rayonuna icra başçisi təyin olunur. 19 apreldən 20 aprelə keçən gecə Gədəbəylilər uçun əsil tamaşaya çevrilir. K.Rzazadənin İcra Hakimiyyətinin başçısı işlədiyi keçən 7 il müddətində arvadı,qızı ilə icra başçisinin qulluğunda durmaq uçun "yarışanlar" həmin gecə toy-bayram edirdilər. Həm də K,Rzazadənin unvanina təhqir dolu söyuş yağdıra-yağdıra. Təyin edilən yeni icra başçısı Ramiz Yediyarov isə ənənəvi təbriklər dolu tostlarla.Guya 7 il ərzində K.Rzazadənin və qohum əqrəbasının qarşısında bu qədər əskilən bu məmurlar olmayıb.Yeni təyin olunan icra başçisi R,Yediyarovla isə qohumluq,yaxınlıq əlaqələrindən dəm vururdular. Halbuki, həmin məmurlar heç R,Yediyarovun haralı olduğunu belə bilmlrdilər. Çox dəhşətli gecə idi. Rayon ərazisində fəaliyyət göstərən yeməkxanalar bağlı olduğu uçun həmin adamlar K.Rzazadənin işdən çixarilib R.Yediyarovu yerinə təyin edilməsini kuçələrdə, maşınların kapotlarının ustundə kalbasa araqla qeyd edirdillər. Allahım siz bizlərə bir sifət verdiniz. İrqimizdən, cinsimizdən, milliyətimizdən asılı olmayaraq hər yanda olduğu kimi Gədəbəydəki bu çox sifətliləri görəsən hansı qüvvə dunyaya gətirib. Duzdur bu şərəfsizlərdən başqa sadə insanlar da sevinirdi. Onların sevicini biz başa düşürdük. Hamı elə başa düşürdü ki, nə isə dəyişəcəkdir. Mənim isə R.Yediyarovun Gədəbəydə icra başçısı kimi fəaliyyət göstərdiyi ilk rovunanlardan ondan gözum su içmir ,nə isədaxilim sanki mənə deyirdi ki ondan yaxşı nə isə gözləmıyə dəyməz. Təbii ki belə də olmalıydı.Çunki o əvəldəndə alış-veriş işi iləməşğul olmuş adam idi. Gözləntilərim çox keçmədi ki özunu doğrultdu və doğrtmalıydı da. Əski rəhbərlər kimi o da yığıncaqlar təçkil edərək yan-yörəsindəki "şəxsiyyətlərə" sələfini söydurməyə start verdi. Sələfindən qurtarar-qurtarmaz son bir aydha Gədəbəy sakinlərinə qarşı səlib yuruşunə başladı.Onlarla insanın zulm-əziyətlə qurduqları mulklərini yerlə yeksan etdirir,sanki Gədəbəyliləəri Ermənistanda dədə-babalarımızın qəbrini darmadağın edən quldurlara iyarovdadiyarovasbənzədirdi. Beləcə aylar ötur, R.Yediyarovun rayon sakinlərinə qarşı törətdiyi zulumlər artır,əhalinin narazılığı isə kutləviləşir. Bu gün Gədəbəy rayonu respublikada ən çox ərizə, şikayət yazan rayonlardan birinə çevrilməkdədir. Amma nə fayda.R.Yediyarovun "yaxılarının" söylədiyi kimi deyəsən həqiqətən bu hakimiyət cəmiyətə zulm mailliedənləri sevir və daha yuxarı posta yer almasınna şərait yaradır.R.Yediyarov 90 minlik balaca bir rayonun sakinlərinə zulm etsə də deyəsən 9 milyonluq xalqımıza xidmət etmək fikrindədir.Belə ki R.Yediyarovun zulmundən əziyıt çəkən insanlar və onların yaxınları özlərini və ailələrini qorumaq uçun məcburiyət qarşısında muxalifət partiyalarına uz tutmaqdadırlar.Bunları son vaxtların göstəriciləri və muşahidələrim bir daha təsdiq etməyə əsas verir.Məsələn,son bir ayda KXCP-yə 128, Musavat partiyasına 100 və AXCP-yə də təxminən 100 üzv olmaq uçun bir o qədər Gədəbəyli ərizə ilə muraciət edib. Həm də YAP-dan fərqli olaraq könullu. Beləliklə bu kimi faktlara əsaslanaraq söyləmək olar ki R.Yediyarov Azərbaycan muxalifıtindən daha ciddi formada xalqı 2013-cu il prezident seçkilərinə hazırlayır. Bəlkə R.Yediyarovda canını bu rejimdən qurtarmaq istəyir,amma yolunu tapa bilmir. Bəlkə R.Yediyarov bu yolu belə görur ki Gədəbəydə Quba, İsmaıllı vəziyətini yaratsın. Mənə elə gəlir ki əgər bunlar bu fikirdədirlərsə duzgun hesablamayıblar. Butun ölkə vətəndaşları kimi gədəbəylilərdə hakimiyətin dəyişməsini ancaq sivil qaydada seçki yolu istəyirlər və inşallah buna da nail olacağıq. Ceyhun Səfərov
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?