İcra başçısı vətəndaşlara və sahibkarlara etdiyi zülmdən sanki zövq alır Son zamanlar Gədəbəy rayonunda hökm sürən özbaşınalıqlar daha da genişlənməkdədir. İcra başçısı Ramiz Yediyarov ətrafında olan yaxınlarına əsassız göstəriş verərək sıravi vətəndaşlara və sahibkarlara o dünyanın cəhənnəmini bu dünyada yaşadır. Gədəbəy rayonunda icra başçısı məhz iş adamlarına qənim kəsilib. Onları əsassız olaraq incidir və qanunsuz olaraq heç bir qərar olmadan obyektlərini yerlə yeksan elətdirir. İcra başçısı Ramiz Yediyarovun hədəfinə tuş gələn növbəti sahibkarlardan biri də Bağırov Fəxrəddindir. Sahibkar bildirir ki, xəbərim olmadan icra başçısı Ramiz Yediyarov icra nümayəndələrini obyektimə göndərərək obyekt sökülməlidir başçı əmr edib. Mən isə cavab olaraq bildirdim ki, obyektin sənədləri qaydasındadır və o vaxt obyekti tikəndə də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən icazəsini alaraq tikmişəm və sənədini də əldə etmişəm. İndi necə olur ki qayda qanun əsasında tikilmiş obyekt icra başçısı Ramiz Yediyarov tərəfindən obyektin qanunsuz sökülməsi barədə əmr verilir. Azərbaycan Respublikasının gözəl qanunları var. Hər bir kəs də Qanun qarşısında bərabərdir və etdiyi özbaşınalığa görə hər kəs layiqli cəzasını almalıdır deyərək fikrimi bildirdim. Onu da qeyd edək ki, obyektin sökülməsində icra başçısının əmri ilə göndərilmiş qoçuları, Sahə müvəkkili Səfərov Rafiq, Bələdiyyə müavini Polad, Polis Süleymanov Fəxrəddin, Şəhər İcra nümayəndəsinin müavini Məmmədov Kəmaləddin, Bələdiyyə sədrinin müavini Ələsgərov Polad canfəşanlıq etmişlər. İcra başçısının və ona yaxın olan adamların hədə qorxusundan ehtiyyatlanan Gədəbəy sakinləri yalnız ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək onları Ramiz Yediyarov zülmündən xilas etməyə səslənirlər.
Sorğu
Yeni dizaynımız necədir?