Azərbaycan paytaxtında yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə ötən gecə Nəsimi rayonu, S. Adil küçəsi 3 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Lətifovun idarə etdiyi “Mercedes-Vito” markalı, 99 DN 130 dövlət nömrə nişanlı avtomobil Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Tahir Fərəcovun idarə etdiyi “Daewoo” markalı, 90 TN 768 dövlət nömrə nişanlı maşınla toqquşub.
Nəticədə hər iki sürücü və sərnişinləri – Təranə Hənifəyeva, Gülnaz Mikayılova, İlkin Əhmədov, Ramin Rüstəmov, Vaqif Tağıyev, Aynur Zeynalova, İlkin Şərifov, Xəyal Şovziyev və Şabran rayon sakini Samir Məmmədov xəsarət alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?