GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » General: Röya cəzalanacaq - VİDEO

General: Röya cəzalanacaq - VİDEO

Tarix: 26-05-2015, 15:28 Bölmə :Ölkə Baxış: 0
General: Röya cəzalanacaq - VİDEO

Məlum olduğu kimi müğənni Röya onu təhqir edən şəxsi mədəniyyət, şou-biznes adamı kimi deyil, cinayətkar aləmin nümayəndələrinə xas üsullarla cəzalandırıb.

AzNews.az saytı hadisə ilə bağlı maraqlı yazı hazırlayıb. Həmin yazını təqdim edirik:

Müğənninin “İnstagram” səhifəsindəki paylaşımından aydın olur ki, o, polisin köməyi ilə həmin şəxsi taparaq hüzuruna gətizdirib və onunla haqq-hesab çəkib.


Üstəlik, qurduğu bu “məhkəməni” gizli şəkildə videoya çəkərək, başqalarına dərs olsun deyə yayımlayıb. Tanınmış sənət adamının bu addımı isə heç də birmənalı qarşılanmayıb və cavabı hələ tapılmayan bir neçə sualın yaranmasına səbəb olub:

1. Müğənni niyə qanunvericiliyə uyğun olmayan hərəkətlər edib?

2. Əgər, o, polisə rəsmi müraciət etmişdisə, niyə üzləşmə polis şöbəsində deyil, başqa məkanda aparılıb və qanunlara zidd olaraq görüş gizli şəkildə çəkilib?

3. Onların görüşünün Röyaya uyğun yerdə aparılması, eləcə də polisin videoda gözə dəyməməsi göstərir ki, polisə rəsmi müraciət olmayıb. Sadəcə polis kimlərinsə göstərişi ilə həmin müğənnini söyən şəxsi taparaq şikayətçiyə təhvil verib, bununla da kobud qanun pozuntusu törədib...

4. Əlbəttə müğənninin onu söyən şəxsi polis əliylə tapdığını deməsi yalan da ola bilər. Amma bu halda polis onu nüfuzdan salan yalana görə, müğənnini cəzalandırmalıydı ki, bu hələ baş verməyib...

Sualların sayı çoxdur. Bunları ümumiləşdirərək qeyd edək ki, ortada ciddi qanun pozuntuları, bir müğənninin dövlətə, onun qanunlarına, eləcə də vətəndaşlara qarşı hörmətsizliyi və saymazyanalığı var. Bunun üçün hüquq mühafizə orqanları hansı addımları atmalıdır və ya atıb?


Saytın əməkdaşı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Səhlab Bağırovla əlaqə saxlayıb. O, məsələ ilə maraqlandığını və lazımı addımların atılacağını bildirib: “İndicə həmin məsələ ilə bağlı mediada yayılan materialları oxuyuram. Qanun pozuntusu olubsa, mütləq onu törədən şəxs və ya şəxslər cəzalanacaq. Qeyd edim ki, polisin zərərçəkmişlə qarşı tərəfi üzləşdirməsində qeyri-qanuni heç bir əməl yoxdur, təhqiqat müddətində polis tərəfləri üzləşdirə bilər. Lakin bu, polisin qarşısında olmalıdır. Polis şikayətçiyə onu təhqir edən şəxsin kimliyi barədə məlumat verə bilər. Lakin zərərçəkmiş bunun üçün yazılı şəkildə müraciət etməlidir. Şifahi şəkildə polisin kiməsə məlumat ötürməyə səlahiyyəti çatmır”.

Səhlab Bağırov hər hansı şəxsin videosunun gizli şəkildə paylaşmağın da qeyri-qanuni olduğunu deyib: “Video gizli çəkilib paylaşılıbsa, bu, qeyri-qanuni əməldir. Kimliyindən asılı olmayaraq, hər kəs qanunlarımıza hörmətlə yanaşmalıdır”.


Əgər Röyanın bu əməli doğrudan da araşdırılsa və sübuta yetirilsə, onu hansı cəza gözləyir? Hüquq müdafiəçisi Müzəffər Baxış deyib ki, Röya Ayxana Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 322-ci maddəsi ilə (Özbaşınalıq) cinayət işi açıla bilər. Onun sözlərinə görə, Röya Ayxan məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməli idi: “Çünki ölkədə qayda-qanun, məhkəmə var. Röyanın imkanlarından istifadə edərək camaata xox gəlməsi təmiz cinayətdir”.

M.Baxış əlavə edib ki, Röya Ayxanı etdiyi bu özbaşınalığa görə 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər: “Ən yüngül halda isə ona 500 manatdan 1000 manata kimi cərimə də kəsmək ehtimalı var”.

Qeyd edək ki, vəkil Adəm Məmmədov Daxili işlər naziri Ramil Usubov və Baş prokuror Zakir Qaralova müraciət edərək Röya Ayxanın qanunvericiliyi pozduğuna görə cəzalandırılmasını xahiş edib. O, müğənninin yaydığı videonun qanunsuz və gizli yolla çəkildiyini vurğulayıb. Xatırladaq ki, Röya Ayxan “İnstagram”da onu təhqir edən Elnur Orucov adlı şəxs tərəfindən söyüldüyünü yazıb. Müğənni polisə müraciət edərək Elnuru tapıb və cinayətkar aləmin nümayəndələri kimi sorğulayıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı müğənni "instagram"da ona təhqir yazanları tapıb, bu hala saldı

    Azərbaycanlı müğənni "instagram"da ona ...

    5-06-2018, 12:42

  • 
  • “Yoxsa bədənimi satırdım, düz yola gətirdiz?” - Röya danışdı

    “Yoxsa bədənimi satırdım, düz yola gətirdiz?” - ...

    27-05-2015, 18:19

  • 
  • General oğlunun Röya ilə münasibətindən danışdı - Foto

    General oğlunun Röya ilə münasibətindən danışdı - ...

    9-03-2018, 15:37

  • 
  • "Röya sən Türkiyənin starı ola bilməyəcəksən" - Röyaya sərt sözlər

    "Röya sən Türkiyənin starı ola ...

    5-12-2017, 01:01

  • 
  • Müğənni Röya "Xəzər" Tv-yə içkili çıxdı: "Ehtiras, kişilər..." - VİDEO

    Müğənni Röya "Xəzər" Tv-yə içkili ...

    23-09-2016, 18:00


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu