Röya son günlər mediada onunla bağlı yayılan xəbərlərə münasibət bildirib.
gundemxeber.az xəbər verir ki, müğənni bu barədə instagram hesabında məlumat paylaşıb:
"Buradan hər kəsə səslənirəm. Gedin, öz vedrənizə sahib olun. “Sən kim idin ay Röya” deyənlərə səslənirəm. Röya məgər insan deyildi? Yoxsa dilənirdi adam etdiniz? Yoxsa bədənini satırdı, düz yola gətirdiniz? Mərdi qova-qova namərd edənlər, siz məni gözdən sala bilməzsiniz, çünki məni Allah qaldırdı. Media əhlinə isə buradan səslənirəm. Özünüzə sənət tapın, yaxşı jurnalistlərin adını yerə vurmayın. Hər kim oldumsa, mənim həyatımdı. Müzakirə etmək sizə düşməyib".
Röya onu sosial şəbəkədə təhqir edən oğlanla görüşünü videoya çəkdiyinə də aydınlıq gətirib: "Hərəniz bir şey dediz, amma o uşaq zənn etdiyimdən fərqli çıxdı. Yenə də sağ olsun. Günahkar onlar idi, lentə almaqda məqsədim isə, görüşdən sonra deyə bilərdilər ki, çağırıb təhqir etdi, əl qaldırdı. Məni qınamayın, başıma bir dəfə gəlib. Görüşdüm, gedib yazıb ki, Röya üstümə silah çəkib. Mən də bu hadisəni ehtiyatla və tərbiyə ilə görüşüb lentə aldım. Hamı yekə-yekə danışır. Unudursuz, mən də kiminsə bacısı, anasıyam, həm də nəslin kişisiyəm".
Müğənni sonda bildirib ki, bundan sonra kim ona qarşı təhqir yazsa, qanun qarşısında cavab verəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?