Ölkəmizi bu il “Eurovision 2015”də təmsil edən Elnur Hüseynov “Nargis” jurnalına müsahibə verib.
Axşam.az-ın məlumatına görə, ifaçı gizli bacarığından danışıb.
O, bir zamanlar saç ustası işlədiyini deyib:
“Bir çox sahələrdə özümü sınamışam. Diş düzəltmə texnikası ilə maraqlanmışam. Sonra başa düşdüm ki, bu mənlik deyil. Saç ustası, stilist kimi fəaliyyətə başladım. Bu işdə də uzun müddət davam edə bilmədim. Müştərilərlə yola getmirdim. Gəlib şəkil göstərirdilər ki, mənə bu cür saç düzümü et. Cavab verirdim ki, axı sənin başında bu qədər tük yoxdur, saç yapışdırım? Bəziləri də nəsə edirdin, bəyənmirdi. Stilistlik bacarığım öz işimə yarayır. Harasa gedəndə artıq nə cür görünəcəyim üzərində uzun müddət düşünmürəm. Saçlarımı özüm kəsməyi bacarıram. Bir də ki, nə vaxtsa, səsim batsa, ac qalmayacağıma əminəm”.
Yeniliklərindən danışan müğənni İstanbula aşiq olduğunu bildirib:
“Türkiyədə İstanbula aşiq oldum. Həyat tərzini dəyişən, insana enerji verən möhtəşəm şəhərdi. Adətləri və dilləri bizimkinə yaxındır. Aktiv həyat tərzi keçirirsən, yeni insanlarla tanış olursan. Oradan aldığım enerji ilə yeniliklər etməyə hazırlaşıram. İsfar Sarabskinin yeni bir bəstəsini oxuyacam. Pop musiqisindən ibarət albom çıxaracam”.
“O səs Türkiyə”nin birincisi olan müğənni münsif Ebru Gündeşi seçməsinin səbəbini açıqlayıb:
“Onu seçməyimin ilk səbəbi odur ki, görünüşü çox xoşuma gəlirdi. O, oxuyanda türk musiqisini başa düşür, təsəvvür edirəm. Sonra gördüm ki, Ebru real həyatda da gözəl insandır. Sənət aləminə çox ifaçılar gəlir. Onların heç biri daim gündəmdə olmur. Amma Ebru Gündeş ömrünün sonuna kimi elə məşhur qalacaq. Mən xoşbəxt olmaq istəyirəm. Çoxlu planlarım var. Bunları reallaşdırmaq üçün on il lazımdır. Harasa getmək arzusundayam. Bu Hindistan da ola bilər. Təbiət qoynunda qalmaq istəyirəm. Həyatda neqativ hadisələr günü-gündən artır. Mən sakitlik istəyirəm”.
Sorğu
Yeni dizaynımız necədir?